Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 17:35

Avropa İttifaqı Rusiya sanksiyalarının müddətini daha altı ay uzadıb


Fransa presidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel

Avropa İttifaqı Rusiyaya dair sanksiyaların müddətinin daha altı ay uzadılması barədə qərar qəbul edb.

Avropa İttifaqının liderləri Rusiya üzərinə qoyulmuş sanksiyaların yanvarın 31-dək daha 6 ay müddətinə uzatmaq barədə razılığa gəliblər.

Bu barədə qərar iyunun 22-də,Avropa İttifaqına üzv olan 28 ölkənin başçılarının Brüsseldə keçirilən sammitində qəbul olunub.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçıların fəaliyyəti və münaqişə tərəflərinin Minsk razılaşmasına əməl etməsi barədə məlumat veriblər.

Minsk razılaşması 2015-ci ildə Fransa, Almaniya və Rusiya arasında qəbul edilib.

Avropa İttifaqının Moskvaya qarşı iqtisadi sanksiyaları Rusiyanın Ukraynanın şərqindəki təcavüzü ilə əlaqədar qoyulub.

Avropa İttifaqına daxil ölkələr Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasını rəsmən iyunun sonunda və ya iyulun əvvəlində elan edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG