Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:02

Avropa İttifaqı Rusiya üzərinə sanksiyaların müddətini rəsmən uzadib


Avropa Ittifaqının liderləri Brüsseldə keçirilən
sammitdə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıblar
Avropa Ittifaqının liderləri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıblar

Avropa İttifaqına daxil ölkələrin səfirləri bu blokun Rusiya üzərinə iqtisadi sanksiyalarının müddətini rəsmən daha 6 ay müddətinə uzadıblar.

Ötən həftə 28 Aİ ölkəsinin dövlət və hökumət başçıları Brüsseldə keçirilən iki günlük sammitdə Rusiya üzərinə sanksiyaları 2018-ci il yanvarın 31-dək uzatmaq barədə razılaşma əldə etmişdilər.

İyunun 28-də Kreml bəyan edib ki, sanksiyaların uzadılmasına reaksiya olaraq Aİ-yə qarşı müvafiq cavab addımlarının atılması hüququnu özündə saxlayır.

Bu sammitdə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron Ukrayna hökumət qüvvələrinin və Rusiya tərəfindən dəstəklənən separatçıların şərqi Ukraynada münaqişəyə dair 2015-ci il Minsk sazişinə necə əməl etdiklərini qiymətləndiriblər.

Aİ diplomatları AzadlıqRadiosuna bildiriblər ki, üzv ölkələr arasında Ukrayna məsələsində Moskvaya qarşı sərt mövqe tutulması barədə geniş razılaşma əldə olunub.

Lakin diplomatlar bildiriblər Aİ Rusiya ilə dialoq qapısını açıq saxlayır.

Əsas etibarilə Rusiyanın bank və maliyyə sistemlərini hədəfləyən sanksiyalar Aİ tərəfindən Rusiyanın Krımı ilhaq etməsinə və Şərqi Ukraynadakı fəaliyyətinə cavab olaraq 2014-cü ilin yayında qəbul edilib.

O vaxtdan bəri sanksiyalar hər altı aydan bir uzadılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG