Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:08

Avropa Parlamenti Gürcüstan, Ukrayna və Moldovanın İttifaqa daha yaxın olmasını istəyir


Avropa Parlamentinin (AP) xarişi işlər komitəsi Rusiyaya qarşı daha sərt sanksiyalara və Şərq Tərəfdaşlığının (ŞT) Gürcüstan, Moldova və Ukrayna kimi ölkələrini Avropa İttifaqına daha yaxın edən mexanizmlərin işlənməsinə çağırıb.

Komitə bu tövsiyələri oktyabrın 10-da bəyənib. ŞT-nin növbəti sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.

AzadlıqRadiosunun müxbiri yazır ki, bu tövsiyələrin icrası icbari deyil və Aİ-nin dövlət və hökumət başçıları 6 tətəfdaş ölkədən olan həmkarları ilə görüşdə bu tövsiyələrə əsaslanmaya da bilərlər. Şərq Tərəfdaşlığına Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Moldova və Ukrayna daxildir.

Lakin tövsiyələr Şərq Tərəfdaşlığının artıq assosiasiya sazişlərini imzalanmış üzvləri üçün daha cəlbedici və uzunmüddətli ŞT+ modelinin tətbiqini məsləhət görür. Bu model son nəticədə sözü gedən ölkələrin Avropanın vergi, enerji və rəqəmsal ittifaqlarına, habelə Şengen zonası sazişlərinə qoşulmalarına gətirib çıxara bilər.

Tövsiyələrdə habelə ŞT ölkələrinin konkret vaxt cədvəli əsasında Avropa İttifaqına daha da yaxınlaşdırılması üçün birtərəfli əlavə rüsüm güzəştlərinin tətbiqi, rominq haqlarının ləğvi, yüksək tutumlu çoxkanallı internet əlaqəsinin yaradılması təklif edilir.

Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasını tamamlayıblar.

Moksvanın artmaqda olan hərbi fəallığı

AzadlıqRadiosu bildirir ki, Aİ üzvləri sammitdə səslənəcək yekun bəyannaməsinə Gürcüstan, Ukrayna və Moldovanın ittifaqa üzvlük “arzularının” daxil edilib-edilməməsi barədə hələlik razılıq əldə edə bilməyiblər, lakin Avropa Parlamentinin komitəsi bu məsələdə daha qətiyyətli mövqe tutub.

Komitə bildirir ki, “assosiasiya sazişi Gürcüstan, Moldova və Ukraynanın Aİ ilə münasibətlərdə ən son məqsədi deyil”.

Komitənin tövsiyələrinə daxil edilmiş maddələrdən birində Ukrayna, Gürcüstan və Moldova üçün maliyyə fondunun yaradılması təklif olunur. Özəl və ictimai investisiyalar üçün nəzərədə tutulmuş bu fond Ukraynaya Krımın ilhaqının və ölkənin şərqindəki münaqişənin vurduğu ziyanın aradan qaldırılması üçün donorluq da edə bilər.

Parlament Komitəsi habelə Rusiya üzərinə daha çox sanksiyaların qoyulmasına çağırır.

Komitənin tövsiyələrində deyilir ki, Moskvaya qarşı cəzalandırıcı tədbirlərin görülməsinə baxmayaraq Rusiyanın regiondakı hərbi fəallığı azalmaq əvəzinə artır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG