Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:12
Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentində Azərbaycanda insan haqları müzakirə edilir

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq. Yeni məlumatlar bloqun əvvəlində görünür. Lentin sonunda əvvəlki xəbərlər üçün "DAVAMI" düyməsini vurun.

Avropa Parlamenti avqustun 31-də Azərbaycanda insan haqlarının vəziyyətinə dair müzakirə keçirir. Müzakirənin gedişini dəqiqəbədəqiqə burada işıqlandırırıq.
Yeni məlumatlar bloqun əvvəlində görünür. Bloq-a daha əvvəl qoyulmuş xəbərləri də oxumaq üçün aşağıda "DAVAMI" düyməsini vurun.

Müzakirəni BURADA ƏTRAFLI BURADA DİNLƏYİN

16:38 31.8.2016

Avropa Parlamentində "korrupsiya və insan haqları" dinləməsi başlandı

Brüsseldə Avropa Parlamentinin İnsan Haqları alt Komitəsində "Üçüncü ölkələrdə korrupsiya və insan haqları" mövzusunda dinləmələr başlanıb. "3-cü ölkələr" sırasına Azərbaycan da aid edilir. Dinləmələr 2 saat davam edəcək.

Müzakirəni BURADA ƏTRAFLI BURADA DİNLƏYİN

17:12 31.8.2016

Dinləməni açan altkomitənin sədri Elena Valenciano deyib ki, korrupsiyanı ifşa edən təhlükə ilə üzləşir, ona görə onların müdafiəsinə ehtiyac var.

O sözü bildirib ki, Korrupsiya və insan haqları üzrə hesabatçı Petras Auştreviçiusa verib.

Auştrviçius deyib ki, korrupsiya ən müxtəlif foralardadır. Vergidən yayınmadan tutmuş, idman tədboirlərinə qədər. Korrupsiya ədfalətsizliyə, insan haqları pozuntusuna aparır. Qanunun alililiyi prinsipinin pozulmasına gətirir.

Korrupsiyanın illik miqdarı 1 trilyon dollardır.

17:13 31.8.2016

Auştreviçius deyir ki, biz görülən tədbirlərin səmərəsini qiymətləndirməliyik. Bu tədbirlər daha geniş və səmərəli olmalıdır.

O deyir ki, bu günki müzakirədə çox tanınmış ekspertlər iştirak edir.

17:17 31.8.2016

Söz Anna Petersə verilir. O, Max Planck institutunun direktorudur. Bu institut İctimai qanunlar və beynəlxalq qanunlar institutudur. Peters deyir ki, 3-cü ölkələrdə Avropa şirkətlərinin rüşvət verməsi problemi var. Bunlar cənub ölkələridir. O ölkələr ki, Avropa Birliyi ilə əməkdaşlıq edir. O deyir ki, korrupsiya insan haqları problemini kəskinləşdirir.

Davamı

XS
SM
MD
LG