Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:44

Azərbaycanda insan hüquqları Avropa Parlamentinin müzakirəsində


-

Avqustun 31-də Brusseldə-Avropa Parlamentində üçüncü ölkələrdə insan hüquqları və korrupsiya mövzusunda dinləmə keçiriləcək.

Dinləmədə Sport for Human Rights Coalition (İnsan hüquqları naminə İdman) koordinatoru Rebeka Vinsent çıxış edəcək.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, O, bu barədə özünün twitter mikroblogunda yazıb.

Dinləmələrdə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələri də iştirak edəcək.

Rebeka Vinsent hesab edir ki, Avropa Birliyi Azərbaycan hökumətini daha sərt şəkildə insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə çağırmalıdır.

Bunlara da bax:

Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

Əli Həsənovdan Avropa Parlamentinə sərt cavab

““İnsan hüquqları naminə idman” kampaniyasının fəalları hesab edirlər ki, Azərbaycanda bu ilin mart-may ayında bir çox siyasi, ictimai fəallar azadlığa çıxsa da, vəziyyət demək olar ki, dəyişməyib. Son vaxtlar yeni həbslər həyata keçirilib. Bu, Azərbaycan prezidentinin Konstitusiyaya dövlət başçısının səlahiyyətlərini gücləndirən düzəlişlər üzrə referendum təşəbbüsü ilə çıxış etməsindən sonra baş verib”-deyə o qeyd edib.

“İnsan hüquqları naminə idman” koalisiyası bu ilin iyununda Bakıda keçirilən “Formula-1” yarışları öncəsi iştirakçı ölkələr müraciət göndərmişdi.

Koalisiya onlardan Azərbaycanda bir sıra jurnalist və fəalların həbsdə olmasını əsas gətirərək “Formula-1” yarışlarına qatılmamalarını istəyirdi.

“İnsan hüquqları naminə idman” iki il əvvəl isə Bakıdakı Avropa Oyunları zamanı da tanınmış müğənnilərə müraciət edərək oxşar istəklə çıxış etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG