Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:48

Hakimiyyət vətəndaşın Avropada ədalət axtarmasını çətinləşdirir


Polis idarəsində yenə vətəndaş ölümü - Cinayət işi açıldı
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Polis idarəsində yenə vətəndaş ölümü - Cinayət işi açıldı

Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsində təmsil olunmaq imkanları necədir?

Təndiqçilərin fikrincə bu imknlar getdikcə azalır.

Birincisi ona görə ki, 2014-cü ilin sonundan ölkədə qeyri-hökumət təşkilatlarının sayı azalıb və bu sahədə pulsuz xidmət göstərənlərin sayı azalıb.

İkincisi, keçən il nümayəndəlik institutu ləğv olunub, yəni daha vətəndaşı müdafiə etmək üçün hüquqşünas mütləq vəkillər kollegiyasının üzvü olmalıdır. Bu isə ərizəçinin Avropa Məhkəməsində qalib gəlmək perspektivini azaldır.

Avropa Məhkəməsinə müraciətlər göndərən nümayəndə Ruslan Əliyev deyir ki, ölkə daxilində ərizəçini müdafiə edə bilməmək, işi Avropa Məhkəməsində davam etdirməyi çətinləşdirir:

“İşə başdan çıxanda məhkəmədəki arqumentlərdən də xəbərin olur, çünki hakimin hansısa qərəzli hərəkətini sən canlı görmüsən orda. Amma indi nümayəndələr ölkə daxilində işə çıxa bilmirlər və sonda məlum olur ki, Avropa Məhkəməsinə getmək üçün qoyulmalı olan aspektlər irəli sürülməyib”.

Çaşqınlığı kim yaradır?

Belə şikayətlər fonunda, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sentyabrın 14-dəki çıxışında deyib ki, Avropa İnsan Haqları məhkəməsi, Azərbaycanda kollegiyanın üzvü olmayanları da vəkil kimi təqdim edir, halbuki Avropa Məhkəməsinin öz terminologiyasına görə, yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil hesab olunurlar:

“Əgər Avropa Məhkəməsi üçün ərizəçinin təmsilçisinin vəkil olub-olmaması əhəmiyyətli deyilsə, bu zaman təmsilçinin Bakıda vəkil olaraq göstərilməsinə nə ehtiyac var? Bəzən xarici təşkilatlar üzvümüz olmayan şəxs barəsində bizlərə sorğu göndərirlər. Hazırda Vəkillər Kollegiyası üzvlərinin reyestri açıqdır. Göründüyü kimi bu cür təhrifli məlumatlar, yerli ictimaiyyət kimi beynəlxalq ictimaiəyyətin də çaşqınlığına səbəb olur”.

Hüquqşünas Əlayif Həsənov isə deyir ki, Avropa Məhkəməsinə üz tutan ərizəçilərin yalnız kollegiyanın üzvləri tərəfindən təmsil olunması real deyil. Çünki siyasi işlərə çıxan bir neçə vəkil son illər bu kollegiyadan xaric olunublar və bir çox hallarda kollegiya üzvləri işini itirmək təhlükəsinə görə siyasi işlərə çıxmaya bilərlər.

Əlayif Həsənov deyir ki, onun özü, kollegiyanın üzvü olanda da, ordan çıxarılandan sonra Avropa Məhkəməsinə onlarla iş göndərib və udub, Avropa Məhkəməsində vətəndaşı müdafiə edərkən Azərbaycan vəkillər Kollegiyasının üzvü olmaması ona hansısa problem yaratmayıb.

Bəs, Avropa Məhkəməsinin sənədləri nə deyir?

Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyir ki, Avropa Məhkəməsi Kollegiyanın üzvü olmayanları da vəkil kimi təqdim edir, bu isə məhkəmənin öz terminologiyasına ziddir.

Avropa Məhkəməsi, AzadlıqRadiosunun sorğusuna cavabında “Məhkəmənin qaydaları” sənədinin 36-cı maddəsinə diqqət ayırmağa çağırır.

Avropa Məhkəməsi üzrə ixtisaslaşmış bir hüquqşünas adının çəkilməməsi şərti ilə bu maddəni şərh edərkən deyir ki, kollegiyanın üzvləri olmayan şəxslərin vətəndaşı Avropa Məhkəməsində təmsil edib-etməməsinə bu Məhkəmənin Palata sədri qərar verir.

Bəs, hökumətlər bu yerli vəkillər kollegiyalarına üzvü olmayan hüquqşünasların Avropa Məhkəməsində şikayətçiləri təmsil etmələrinə etiraz edə bilərmi? Hüquqşünas deyir ki, hökumətlər etiraz edə bilər, amma bu halda Palata sədri imtina cavabı verəcək, çünki Palatanın təmsilçiliyə maneə yaratmaq təcrübəsi məlum deyil.

Avropa İnsan Haqları Məhkəməsinin son məlumatında deyilir ki, Azərbaycanla bağlı 34 şikayəti araşdırmağa başlayıb.

Araşdırılan şikayətlər, əsasən, vətəndaş cəmiyyəti qurumlarının, onların fəallarının bank hesablarının dondurulması, mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyatla bağlı məlumatların qorunması hüququnun pozulması ilə bağlıdır.

Azərbaycan hökuməti bundan əvvəl də Avropa Məhkəməsi qarşısında, vəkillər kollegiyasnın üzvü olmayanların, o cümlədən, İntiqam Əliyevin təmsilçiliyinə etiraz etmişdi, amma Məhkəmə, VK üzvü olmasalar da, öz ölkələrində vəkillik fəaliyyətinə bərabər hüquq praktikası ilə məşğul olduqlarını əsas göstərərək bu arqumenti qəbul etməmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG