Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Avropa Məhkəməsi: Gürcüstan keçmiş baş nazirə təzminat ödəməlidir


Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili
Gürcüstanın keçmiş baş naziri Vano Merabişvili

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarında deyilir ki, Gürcüstan, keçmiş baş nazir Vano Merabişvilini azadlıqdan məhrum etməklə onun insan hüquqlarını pozub. Merabişvili 2005-ci ildə bir gürcü millət vəkilini döydürməkdə ittiham edilərək məhkum olunmuşdu.

Noyabrın 28-də açıqlanmış qərarda deyilir ki, Gürcüstanın hakimiyyət orqanları məhkəməyə qədər həbsdə olduğu dövrdə Merabişvilinın hüquqlarını pozub. AİHM-in hökmünə görə Gürcüstan hökuməti keçmiş baş nazirə 4 min avro (4800 dollar) məbləğində təzminat ödəməlidir.

Strasburqda mənzillənmiş məhkəmənin qərarında deyilir ki, Merabişvilinin məhkəməyə qədər saxlanması onun Gürcüstanın siyasi həyatından kənarlaşdırlması ilə nəticələnməməli idi.

Bu da qeyd olunur ki, Merabişvilinin məhkəməyə qədər saxlanması nəticəsində Avropa İnsan Haqları Konvensiyası pozulmayıb. Lakin AİHM-nin qiymətləndirməsinə görə onun 2013-cü ilin 25 sentyabrından sonra da həbsxanada saxlanmasının kafi əsası olmayıb.

Hökmdə deyilir ki, Merabişvilinin həbsinin ilk dövrlərində “ittihamla bağlı ağlabatan şübhələrin araşdırılması” saxlanma üçün kafi əsas sayıla bilərdi.

Amma onun saxlanmasının sonrakı dövrü üçün baş nazir Zurab Jvaniyanın ölümünə, habelə keçmiş prezident Mixeil Saakaşvinin bank hesablarına dair informasiyanın alınması məqsədi qanuni əsas hesab edilə bilməz.

Merabişvili 2016-cı ilin sentyabrında 6 il yarım müddətinə azadlıqdan məhrum edilib. O gürcü millət vəkili Valeri Gelaşvilinin döydürülməsinə göstəriş verməkdə ittiham edilərək məhkum olunub.

Gelaşvili döyüləndə Merabişvili Gürcüstanın daxili işlər naziri idi.

Noyabrın 1-də Gürcüstan Ali Məhkəməsi, Merabişvilinin məhkumluq hökmünə qarşı verdiyi apellyasiyanı rədd etmiş Tbilsi Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Merabişvili Saakaşvilinin yaxın müttəfiqi olub və 2003-cü ilin Qızılgül İnqilabında aparıcı simalardan biri idi.

Hazırda Ukraynada olan Saakaşvilinin Gelaşvili ilə bağlı təhqiqatına ayrıca iş kimi baxılır. Gürcüstan hakimiyyət orqanları Saakaşvilini, Merabişviliyə deputat Gelaşvilini döydürmək əmrini verməkdə ittiham edirlər.

Merabişvili və Saakaşvilinin tərəfdarları bu ittihamların siyasi motivli olduğunu söyləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG