Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 02:39

Avropa Məhkəməsi həbsdə ölən məhkumla bağlı şikayəti araşdırır


Avropa məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü il dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində ölən Elşad Babayevlə bağlı verilən şikayəti araşdırmağa başlayıb.

Məhkəmədən araşdırma ilə bağlı iş üzrə vəkillərə məktubla xəbər verilib.

Ərizəçini AİHM-də yerli hüquqşünaslar Ruslan Əliyev, Xalid Bağırov, xarici vəkillərdən isə Ramute Remezaite təmsil edir. AİHM-ə göndərilən şikayətdə hökumətin ölüm faktını keyfiyyətli araşdırmadığı iddia edilir.

Buna da bax: Xədicə İsmayılın şikayəti Avropa Məhkəməsində

Avropa İnsan hüquqları Məhkəməsi şikayətlə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb. Həmin suallarda Azərbaycan hökumətindən Avropa Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncəyə məruz qalmamaq hüququ) və 13 (səmərəli araşdırma aparılması) maddələri üzrə məlumat istənilir.

Araşdırılan işin materiallarına görə, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində Elşad Babayevin ölümü ilə bağlı 2014-cü ildə Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb. Ancaq Babayevin ailəsi istintaqın nəticələrindən narazı qaldığından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Onlar Elşad Babayevin işgəncə nəticəsində öldürüldüyünü düşünürlər.

Buna da bax: Ədliyyə naziri: 'Başqa ölkələrdən şikayət daha çoxdur'

Halbuki, məhkəmə tibb ekspertizası Elşad Babayevin ürək tutmasından öldüyü barədə rəy verib.

Üstəlik, Penitensiar Xidmət Elşad Babayevə işgəncə verilməsi ilə bağlı iddiaları təkzib edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG