Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Vəkil Amal Clooney jurnalist Xədicə İsmayılla bağlı hökmü alqışlayıb


Amal Clooney
Amal Clooney

Təhqiqatçı jurnalist Xədicə İsmayılın müdafiəçiləri Avropa İnsan Haqları Məhkəməsinin onunla bağlı qərarını alqışlayıblar.

Fevralın 27-də verilmiş məhkəmə qərarında jurnalistin həbsi və mühakiməsi Avropa İnsan Haqları Konvensiyasının pozulması kimi qiymətləndirilir.

Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı iddiasının araşdırılmasında jurnalistin hüquqlarını vəkillər - Doughty Street Chambers firmasından Amal Clooney, habelə Medianın Hüquqi Müdafiəsi Təşəbbüsündən (Media Legal Defence Initiative) Nani Jansen ReventlowAlinda Vermeer müdafiə edirdilər.

Onlar bildiriblər AİHM-nin bu qərarı Xədicə İsmayılın bütün arqumentlərinin tam təsdiqi deməkdir.

Bu arqumentlərə görə hakimiyyətin əsas motivi jurnalistin susdurulması olub.

Bununla belə, vəkillər Xədicə İsmayılın təqibinin davam etməsindən narahat olduqlarını bildiriblər.

Onların bəyanatında deyilir ki, jurnalistə 2021-ci ilədək şərti cəza verilib və bu cəza istənilən vaxt yenidən 3, 5 il müddətinə azadlıqdan məhrumetməyə çevrilə bilər.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Bu da qeyd olunur ki, jurnalist əsassız olaraq “qanunsuz sahibkarlıqda” ittiham olunduğuna görə hələ də öz bank hesabından istifadə edə bilmir.

Bəyanatda deyilir ki, məhkəmə Xədicə İsmayılın təqibinin, ümumiyyətlə Azərbaycanda jurnalistlərə və müstəqil fikrə qarşı daha geniş kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Bu da xatırladılır ki, hakimiyyət Xədicə İsmayılın həbs olunduğu vaxt işlədiyi AzadlıqRadiosunun Bakı bürosunu zorakılıqla bağlayıb.

Bəyanatda Azərbaycanda hələ də təqib edilən və ya saxta ittihamlarla həbsxanada olan jurnalistlərdən də söz açılır.

Amal Clooney bu işlə əlaqədar deyib:

“Ciddi korrupsiya və insan haqları pozuntularını ifşa etmiş Xədicə ölkədə təhqiqat jurnalistlərinin yeni nəslini ilhamlandıran cəsur jurnalistdir. Biz bugün Avropa İnsan Haqları Məhkəməsinin - hökumətin onu susdurmaq üçün əl atdığı tədbirlərin qəddar və ədalətsiz olduğunu təsdiq etməsini alqışlayırıq. Biz habelə Məhkəmənin Azərbaycanda “mühakimə vasitəsilə qisas alınması və cinayət məcəlləsindən sui-istifadə edilməsi” ilə qanunun həqiqəti demək üçün özündə cəsarət tapan jurnalistlərə qarşı silaha çevrilməsini tanıdığına görə təşəkkürümüzü bildiririk. Mən ümid edirəm ki, bu hökm Xədicənin və başqa insan haqları müdafiəçilərinin öz mühüm işlərini görə bilmələri üçün belə praktikalara son qoya biləcəkdir”.

Avropa Məhkəməsi Xədicə İsmayılla bağlı qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, fevralın 27-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın işi ilə bağlı qərarını açıqlayıb.

Şikayət X.İsmayılın 2014-cü ildə həbs edilməsi, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması və 7 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı olub.

Hüquqşünas Xalid Ağalıyev AzadlıqRadiosuna bildirib ki, AİHM qərarına görə, sözügedən işdə jurnalistin Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə qorunan hüquqları pozulub:


«Bu işdə vəkillər Avropa Məhkəməsinə şikayətində iddia edirdilər ki, jurnalist əsaslı şübhə olmadan həbsdə saxlanılır, məhkəmələr qərəzli və tərəfli davranıb, onun təqsirsizlik prezumpsiyası hüququ pozulub. Buna görə vəkillər Avropa Məhkəməsindən ifadə azadlığı, eləcə də 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu, jurnalistin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, hüquqlarının pozuntusunun tanınması istəmişdi. Avropa Məhkəməsi də işini araşdıraraq belə qənaətə gəlib ki, qeyd olunan maddələr üzrə pozuntular baş verib».

X.Ağalıyev qeyd edib ki, jurnalistə bu pozuntulara görə ümumilikdə 25 min avro təzminat ödənilməlidir.

Qərara, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də bu qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

Sonradan bu müddət 2 il 3 aya salınıb.

X.İsmayıl ittihamları qəbul etmirdi və araşdırma yazılarına görə əsassız həbs edildiyini bildirirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG