Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:44

Avropa öz şirkətlərinə xatırladır ki, Dağlıq Qarabağda biznes...


Şuşa (2014)
Şuşa (2014)

Avropa Komissiyası öz saytında Avropa Birliyi şirkətlərinə xatırladır ki, Dağlıq Qarabağda və ətraf ərazilərdə ticari fəaliyyət Azərbaycanda onlar üçün problem yarada bilər.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyevin Turan-a verdiyi məlumata görə, bu bir xəbərdarlıqdır və onu təzəlikcə Avropa Komissiyasının ticarət üzrə Baş Direktorluğu yayıb.

Avropa Komissiyasının saytında deyilir ki, Azərbaycan qanunlarına görə, Dağlıq Qarabağda və ətraf ərazilərdə biznes fəaliyyətində birbaşa və dolayı iştirak edən xaricilər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Eləcə də bu, gələcəkdə onların Azərbaycana səfər etməsi üçün problem yarada bilər.

Azərbaycan XİN Avropa Komissiyasının bu addımlarını müsbət qiymətləndirir və Aİ üzvü olan bütün ölkələrin "bu xəbərdarlığı nəzərə alacağına inandığını" bildirir.

Qeyd edək ki, artıq uzun illərdir müxtəlif xarici şirkətlər Dağlıq Qarabağda və ona bitişik Azərbaycanın işğal edilmiş 7 rayonunda ticari fəaliyyət həyata keçirir. Bu, daim Bakının etirazlarına səbəb olub.

Buna da bax: İlham Əliyev: ‘NATO ilə əməkdaşlığın böyük potensialı var’

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG