Keçid linkləri

2026, 12 Fevral, Cümə axşamı, Bakı vaxtı 01:58

Avropa Parlamenti 'təhlükəsiz ölkələr'dən sığınacaq istəyənlərin deportasiyasını sadələşdirib

Belarus-Polşa sərhədindəki qaçqınlar
Belarus-Polşa sərhədindəki qaçqınlar

Avropa Parlamenti Avropa İttifaqının (Aİ) sığınacaq verilməsi proseduru üzrə reqlamentinə dəyişikliklər edib. Aİ ölkələrində sığınacaq istəyənlər üçün "təhlükəsiz üçüncü ölkələr""təhlükəsiz mənşə ölkələri" anlayışlarına dəyişiklik olunub. Sənədi indi Avropa İttifaqı Şurası təsdiqləməlidir.

Banqladeş, Kolumbiya, Misir, Kosovo, Hindistan, Mərakeş və Tunis avropalılar üçün "təhlükəsiz" ölkələr kimi tanınıb. Siyahıya Aİ-yə namizəd ölkələr, Gürcüstan, Türkiyə və Serbiya da salınıb.

Aşağıdakı hallarda bu statusla bağlı suallar yaranır:

- həmin ölkələrin ərazisində hərbi münaqişə baş verərsə;

- bu ölkələrin vətəndaşlarına Aİ-də sığınacaq verilməsi ilə bağlı müsbət qərarların payı 20 faizi keçərsə;

- fundamental insan hüquqlarının pozulmasına görə onlara sanksiyalar tətbiq olunarsa.

Bu zaman Aİ üzvləri özləri "təhlükəsiz" mənşə ölkələrini müəyyən edə bilərlər.

Avropa Parlamenti "təhlükəsiz üçüncü ölkə" konsepsiyasının yeni şərtlərini təsdiqləyib. Söhbət sığınacaq istəyənin vətəndaşı olmadığı, amma onu müdafiə ilə təmin edə biləcək dövlətdən gedir. Aİ və ya ayrı-ayrı üzv dövlətlə sığınacaq istəyənlərin qəbulu və yerləşdirilməsi barədə razılaşması olan üçüncü ölkə bu təsnifata düşə bilər. Yaxud sığınacaq istəyənin Aİ-yə gedərkən tranzit keçdiyi ölkə də "təhlükəsiz üçüncü ölkə" sayıla bilər. Əgər şəxs Avropa ölkəsinə həmin ölkənin təhlükəsiz saydığı başqa bir dövlətdən keçibsə, həmin ölkənin onun müraciətinə baxmamaq hüququ var.

"Təhlükəsiz üçüncü ölkələr"in yekun siyahısı təsdiqlənməyib, Aİ-nin hər bir üzvü bu cür dövlətlərin siyahısını özü müəyyən edə biləcək.

İyulun sonundan Almaniya siyasi motivlərlə təqib olunan şəxslərə humanitar vizaların verilməsini dayandırıb.

Daha sonra Avropa Parlamenti vizasız rejimin dayandırılması mexanizminə islahatı təsdiqləyib. Bu mexanizm "təhlükəsizliyə təhdid yaradan və ya insan hüquqlarını pozan" ölkələr üçün nəzərdə tutulub. Bu tədbirlər Aİ ilə vizasız rejimdən yararlanan 61 ölkəyə, eləcə də Aİ üzvlüyünə namizəd Qərbi Balkan ölkələrinə, Moldovaya və Ukraynaya aid ediləcək.

XS
SM
MD
LG