Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

Fransa Avropa İttifaqının əsas ‘söz sahibinə’ çevrilir?


Fransa prezidenti Emmanuel Macron Aİ liderlərinin sammitinə gələrkən
Fransa prezidenti Emmanuel Macron Aİ liderlərinin sammitinə gələrkən

Avropa Komissiyası İttifaqın genişləndirilməsi prosesinin tənzimlənməsinin yeni metodologiyasına dair layihə sənədi hazırlayıb.

Bu sənədlə tanış olmuş AzadlıqRadiosu bildirir ki, yeni metodologiya üzv ölkələrə İttifaqa yeni üzvlərin qəbulu zamanı daha güclü rol verir.

Yeni plan fevralın 5-də, yəni Avropa İttifaqı Şimali Makedoniya və Albaniya ilə üzvlük danışıqlarını dayandırandan 3 ay sonra açıqlanacaq.

Bu, faktiki olaraq Fransanın birbaşa tələbinə cavab olaraq işlənmiş metodologiyadır.

Sözü gedən üzvlük danışıqlarının dayandırılmasında Fransa əsas rol oynamış və bu, 6 Qərbi Balkan ölkəsinin məyusluq və narahatlığına səbəb olmuşdu.

Paris israr edirdi ki, Skopye və Tirana İttifaqa üzv olmaq üçün korrupsiyanın qarşısını alacaq və qanunun aliliyi prinsipini möhkəmləndirəcək islahatlar sahəsində lazımi tərəqqiyə malik ola bilməyiblər.

Fransa bunun ardınca Avropa İttifaqı üzvlüyünə qəbul prinsipinin tamamilə dəyişdirilməsini tələb etmişdi.

Mükafat və sanskiya

Rəsmən “Üzvlüyə Qəbul Prosesinin İnkişaf Etdirilməsi – Qərbi Balkanların Avropa İttifaqı Üzvlüyü üçün Etibarlı Perspektivdir” adlanan sənədin layihəsində Avropa Komissiyası, üzv ölkələrin üzvlüyə qəbul prosesində sistematik iştirakını və bu prosesi öz ekspertləri vasitəsilə monitorinq edə bilməsini, habelə illik hesabatların hazırlanmasında rolunun artırılmasını nəzərdə tutur.

Digər tərəfdən layihədə üzvlüyə namizədlərin islahatlar sahəsində tərəqqisinin vaxtaşırı “mükafatlandırılması” təklif olunur.

Burası da var ki, islahatlardan geri çəkilmə və ya onların gecikdiriklməsi sanksiyalarla nəticələnəcək.

Yeni plana görə üzvlük danışıqlarında bağlanmış fəsillərə yenidən baxıla bilər.

Sənəd habelə üzvlüyə qəbul prosesinə maliyyə yardımının azaldılmasını nəzərdə tutur. Burada yalnız namizəd ölkələrdəki vətəndaş cəmiyyətlərinin inkişaf etdirilməsinə ayrılan pullar istisna təşkil edir.

Kosovoya tətbiq ediləcək, Serbiyaya yox

Fevralın 4-də müxbirlərin suallarına cavab verən Avropa İttifaqı sözçüsü Ana Pisonero israr edib ki, yeni metodologiya üzvlüyə qəbul prosesini “daha yaxşı proqnozlaşdırılan” və “dinamik” edəcək.

Təklif edilmiş plan Avropa İttifaqının martda keçiriləcək Brüssel sammitində təsdiq edilməlidir.

Bunun ardınca may ayında Xorvatiyanın paytaxtı Zaqrebdə Qərbi Balkan liderləri ilə birlikdə daha bir sammit olacaq.

Qəbul olunarsa, yeni qaydalar Albaniya, Bosniya-Herseqovina, Kosovo və Şimali Makedoniyaya tətbiq olunacaq.

Bu qaydaların Serbiya və Monteneqroya tətbiq edilməsi nəzərdə tutulmur. Bu ölkələr artıq Brüssellə Aİ-yə üzvlük danışıqlarına başlayıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG