Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Avropa İttifaqı Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarını ləngidir


Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn
Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn

Avropa İttifaqının nazirləri Albaniya və Şimali Makedoniya ilə bloka üzvlük danışıqlarının başlanması məsələsində razılığa gələ bilməyiblər.

Beləliklə bu iki ölkənin tez bir zamanda ittifaq üzvü olmaq arzularına ciddi zərbə vurulub.

Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahn oktyabrın 15-də Lüksemburqda keçirilən görüşdən sonra deyib ki, üzv ölkələrin böyük əksəriyyəti onun başçılıq etdiyi komissiyanın tövsiyələrini qəbul edib, lakin danışıqların başlanması üçün yekdil qərar verilməyib.

Avropa İttifaqı nazirləri Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarının başlanmasına dair artıq üçüncü dəfədir ki, razılığa gələ bilmirlər.

İndi bu məsələyə Avropa liderləri oktyabrın 17-18-də keçiriləcək Brüssel sammitində baxacaqlar.

Adlarının çəkilməsini istəməyən bir neçə mənbə AzadlıqRadiosuna deyib ki, üzvlük danışıqlarının bloklanmasında əsas rolu Fransa oynayıb.

Xəbər verilir ki, Fransa və Niderland namizəd ölkələrdə korrupiya ilə mübarizə və qanunun aliliyinə riayətin standartlarından narahatlıq ifadə ediblər.

Fransanın Avropa işləri naziri Amelie de Montchalin deyib ki, Paris Albaniyaya dair məsələnin Avropa İttifaqında daha geniş dəstəyə malik Şimali Makedoniyanın məsələsindən ayrılmasına tərəfdar deyil:

“Biz sadəcə olaraq 2018-ci ildə qoyulmuş kriteriyaya tam əməl edilməsini istəyirik”.

Lakin bir çox başqa ölkələr deyir ki, Albaniya və Şimali Makedoniya ilə danışıqlara başlanmasının ləngidilməsi Rusiya və Çinə bu ölkələrdəki təsirini artırmaq imkanı verə bilər.

Almaniyanın Avropa işləri naziri Michael Roth xəbərdarlıq edib ki, regionda yaranacaq “mümkün siyasi vakuumu” demokratiya və qanunun aliliyi ilə çox az əlaqəsi olan başqa güclər doldura bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG