Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:49

Avropa İttifaqı Balkanları dəstəkləyir, lakin onların üzvlüyünə tələsmir


Avropa İttifaqının liderləri Qərbi Balkanlarla bağların “gücləndirilməsi və intensivləşdirilməsi” istiqamətində qətiyyət ifadə ediblər, lakin onlar ittifaqa yeni üzvlərin tez bir zamanda qəbuluna olan ümidləri doğrultmayıblar.

Mayın 17-də Bolqarıstan paytaxtı Sofiyada keçirilən sammitin birgə bəyannaməsində deyilir ki, “Avropa İttifaqı Qərbi Balkanların Avropa perspektivini yekdilliklə dəstəkləyir”.

Lakin Fransa prezidenti Emmanuel Macron jurnalistlərə deyib ki, 6 Qərbi Balkan ölkəsinin Avropa İttifaqına qəbulu üçün hələ çox iş görülməlidir.

Onun sözlərinə görə yalnız bu iş görüldükdən sonra – Albaniya, Bosniya-Herseqovina, Serbiya, Monteneqro, Makedoniya və Kosovo Avropa ailəsinin tamhüquqlu üzvü ola biləcəklər.

***

Mayın 17-də Qərbi Balkan və Avropa Birliyi liderləri Bolqarıstan paytaxtı Sofiyada bir araya gəlirlər. Onlar son 15 ildə ilk dəfədir sammit keçirirlər.

Sammitdə təkcə qeyri-AB ölkələrinin – Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Makedoniya və Albaniyanın quruma üzvlüyü müzakirə olunmayacaq. Avropa rəsmilərinin deməsinə görə, toplantıda bu ölkələrin blokla daha sıx inteqrasiyası da götür- qoy ediləcək.

Avropa Şurasının prezidenti Donald Tusk mayın 16-da AB liderlərinin görüşündə deyib ki, qurum Balkan liderlərində onların ən yaxşı “geostrateji seçimi” olması təəssüratını yaratmalıdır.

Sammit zamanı AB-nin Qərbi Balkanlarla qarşılıqlı əlaqəni gücləndirməkdən ötrü sərmayə boyun olacağı gözlənir.

İspaniyanın baş naziri Mariano Rajoy ölkəsi Kosovonun müstəqilliyinə qarşı çıxdığı üçün sammitə qatılmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG