Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:41

İki azərbaycanlı Strasburqda məhkəməni uddu


Avropa İnsan Haqları Məhkəməsi, Strasburq
Avropa İnsan Haqları Məhkəməsi, Strasburq

►Xalıqova polisə aparılıb və ertəsi gün səhər buraxılıb. Mənzilinə qayıdanda hər şeyin alt-üst olunduğunu görüb...

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 2 iş - Ənnağı Hacıbəyli Nuriyyə Xalıqovanın işləri üzrə qərar verib

Namizədliyin qeydə alınmaması və...

Birinci qərar hüquqşünas Ənnağı Hacıbəylinin şikayətilə bağlıdır. Hüquqşünas 2010-cu il parlament seçkilərində namizədliyinin qeydə alınmamasından şikayət vermişdi.

O zaman cənab Hacıbəylinin namizədliyi iki partiyanın koalisiyası tərəfindən irəli sürülmüşdü. Mərkəzi Seçki Komissiyasına 675 imza təqdim etsə də, MSK imzaların bəzilərini saxta elan etmişdi.

Buna da bax: Azərbaycanın üç ali məktəbi 100-lükdə

Ənnağı Hacıbəyli MSK-nın qərarından məhkəməyə şikayət verib, MSK üzvlərinin həmin sahə üzrə ekspert olmadığını, özünün imzaların yoxlanması prosesinə dəvət olunmadığını bildirib. Ancaq yerli məhkəmələr bu iddianı təmin etməyib.

Avropa Məhkəməsinin qərarında qeyd olunur ki, Hacıbəylinin şikayəti Strasburqda baxılma prosesində olduğu bir vaxtda, ötən ilin avqustunda, onun hüquqi nümayəndəsi (çox güman İntiqam Əliyevdir) QHT işilə bağlı saxlanıb, həmin təmsilçinin ofisində axtarış zamanı bir sıra sənədlər, o cümlədən Hacıbəyliin işi üzrə sənədlər müsadirə olunub.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

Ənnağı Hacıbəyi həm namizədliyinin qeydə alınmaması, həm də vəkilinin ofisindən sənədlərin müsadirəsilə bağlı iddialar qaldırıb.

Avropa Məhkəməsi 1 saylı Protokolun 3-cü və 34-cü maddələrinin pozulduğunu bildirir.

Qərara görə, Ənnağı Hacıbəyliyə 10 min avro mənəvi ziyana, 2600 avro xərclərə görə kompensasiya ödənməlidir.

Buna da bax: Xəbərdarlıq: Bu brauzer saxtadır

62 min avro kompensasiya ödənməlidir

Avropa Məhkəməsinin digər qərarı Nuriyə Xalıqovanın iddiası ilə bağlıdır. İddia vətəndaş evindən məcburən çıxarıldıqdan sonra qaldırılıb.

Xalıqova 2008-ci ilin sentyabrında Bakı şəhər İcra Hakimiyyətinin böyük tikinti layihəsi çərçivəsində evindən çıxarılıb. 2010-cu il noyabrın 19-da bir neçə polis əməkdaşı onun mənzilinə gəlib və qapını açmasını tələb edib, qadın imtina edəndə qapını sındırıb evə daxil olublar.

Xalıqova polisə aparılıb və ertəsi gün səhər buraxılıb. Mənzilinə qayıdanda hər şeyin alt-üst olunduğunu görüb. Hökumət Xalıqovanın polisə icazəsiz aksiyada iştiraka görə aparıldığını deyib.

Xalıqova mülkiyyət hüquqlarının pozulması, evindən məcburən çıxarılması, evinin dağıdılması üzrə iddia qaldırıb. İddialarından heç biri yerli məhkəmələr tərəfindən təmin olunmayıb.

Avropa Məhkəməsinin qərarında 5-ci və 8-ci maddələrin, eləcə də 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğu qeyd olunur. Qərara görə, Xalıqovaya 45 min avro maddi ziyana, 15 min avro mənəvi ziyana görə, 2500 avro isə çəkilən xərclərə görə ödənməlidir.

XS
SM
MD
LG