Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:06

Azərbaycanın üç ali məktəbi 100-lükdə


Reytinqin başında Lomonosov adına Moskva Dövlət Universiteti gəlir.
Reytinqin başında Lomonosov adına Moskva Dövlət Universiteti gəlir.

-

Böyük Britaniyanın «Quacquarelli Symonds» (QS) şirkəti Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ali məktəblərinin yeni reytinqini açıqlayıb. topniversities.com saytının yaydığı reytinq cədvəlində 150 universitet yer alıb.

Reytinqin başında Lomonosov adına Moskva Dövlət Universiteti gəlir. İkinci yerdə Rusiyanın Novosibirsk Dövlət Universiteti, üçüncü yerdə isə Çexiyanın Çarlz Universitetidir. İlk onluqda Estoniyanın Tartu (4-cü yer) və Polşanın Varşava və Yagellon universitetləri (6-7-ci yerlər) yer alıb. Qalanları yenə Rusiya və Çexiya universitetləridir.

Ümumiyyətlə, siyahıda Rusiya universitetləri üstünlük təşkil edir. İlk 100 təhsil müəssisəsinin demək olar ki, 25-i Rusiyada yerləşir. Türkiyədən siyahıda 16, Qazaxıstanda 14, Polşadan 12, Çexiyadan 10, Ukraynadan 9 təhsil müəssisəsi var.

Azərbaycandan Xəzər Universiteti 67, Qafqaz Universiteti 78, Bakı Dövlət Universiteti 83-cü yerdədir. Azərbaycan Dillər Universiteti 101-110-c yerdə qərar tutub.

Reytinq universitetin akademik nüfuzu, işəgötürənlər arasında nüfuzu, universitetdə çalışan müəllimlərin sayının tələbələrə nisbəti və s. amillərin təhlili əsasında hazırlanıb.

Dünyada 78 milyon savadsız böyüklərin 2/3-si qadınlardır.
Dünyada 78 milyon savadsız böyüklərin 2/3-si qadınlardır.

QADINLARIN 2015-CÜ İLDƏ GÜNÜ NECƏ KEÇİR?

«Qadınlar daha çox oxuyurlar, daha gec ailə qururlar, daha az övlad sahibi olurlar. Milyonlarla qadın isə savadsızdır və kasıblıq içində çabalayır». BMT oktyabrın 20-də Ümumdünya Qadın Hesabatını yayıb.

trust.org saytı həmin hesabatdan bəzi məqamları dərc edib. Hazırda kişilərin sayı qadınlardan 62 milyon çoxdur. Hər 100 qıza 105 oğlan doğulur. Ancaq 50 yaşdan sonra qadınların sayı kişiləri üstələyir.

Qadınlar üçün orta nikah yaşı 25, kişilər üçün 29-dur. Təhsil səviyyəsi, iqtisadi müstəqillik sayəsində nikah yaşı 1995-ci illə müqayisədə bir il artıb. Erkən nikahların sayı 1995-ci ildə 31 faiz idisə, 2010-cu ildə 26 faizə düşüb. Cənubi Asiya və Tropik Afrikada isə 40-44 faizdir.

2010-2015-ci illərdə qadınlar orta hesabla 2.5 uşaq doğub. 1990-1995-ci illərdə bu rəqəm 3 idi.

Hesabatda vurğulanır ki, dünyada 78 milyon savadsız böyüklərin 2/3-si qadınlardır. Bu nisbət son 20 ildə dəyişməyib:

«İnkişaf etməkdə olan ölkələrdə qadınlar ödənişsiz ev işləri, ailə qayğıları ilə kişilərdən 3 saat çox məşğul olurlar. İnkişaf etmiş ölkələrdə bu rəqəm 2 saatdır».

Qadınların hakimiyyətdə iştirakına gəlincə, 1995-ci ildə 12 qadın dövlət başçısı varıydısa, indi onların sayı 19-dur.

Qədim Palmira.
Qədim Palmira.

SURİYADA TARİXİ YERLƏRİ TƏKCƏ İŞİD DAĞITMIR

Suriyada tarixi yerlərin dağıdılmasıyla bağlı xəbərlərdə ən çox «İslam Dövləti» (İD, əvvəl İŞİD) silahlı qruplaşmasının adı çəkilsə də, dağıdıcılıqla təkcə o, məşğul deyil. ABŞ-da yeni yayılan araşdırmada belə deyilir.

Araşdırmanı Dartmut Universiteti hazırlayıb. Bildirilir ki, Suriya rejimi, digər müxalifət qüvvələri də dağıntılara görə məsuliyyət daşıyır. Tədqiqat Suriyanın 8 min arxeoloji sahəsindən 1300-ünün peyk təsvirlərinə əsasən aparılıb.

«Media belə bir yanlış təsəvvür yaradıb ki, talanı əsasən İŞİD törədir», - universitetin professor Jesse Casana deyir. «Araşdırmamız peyk təsvirlərinə əsasən üzə çıxarıb ki, Suriyanın bütün ərazisində bu yerlərin talan edilməsi geniş yayılıb».

Tədqiqat üzə çıxarıb ki, tarixi yerlərin 26 faizi kürdlərin və digər müxalifət qruplarının nəzarətində olan ərazilərdə dağıdılıb. 21.4 faiz İŞİD-nin, 16.5 faiz isə Suriya rejiminin idarə etdiyi ərazilərə düşür. Bircə məqam odur ki, İŞİD-in törətdiyi dağıntıların miqyası daha böyükdür.

İŞİD-in qədim Palmiranı dağıtması güclü mənfi reaksiya doğurub. Ancaq məsələn, Suriyanın qərbindəki Apameya şəhərini ilk dəfə elə Suriya ordusu qarət edib. «Peyk təsvirləri göstərir ki, qarət 2012-ci ildə başlanıb, o zaman həmin əraziyə ordu girmişdi. ABŞ ordusu İŞİD-i xəritədən silə bilər, ancaq qarəti dayandıra bilməyəcək. Bu, müharibənin problemidir, İŞİD-ə bağlı deyil», -J.Casana deyir.

XS
SM
MD
LG