Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 09:18

Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatıb


İyulun 27-də “ Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalı başa çatıb. Axşam saatlarında festivalın “Baku Crystal Hall”da bağlanış mərasimi keçirilib.

Mərasimdə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Nayqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko və başqaları iştirak ediblər.

Bu yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü olub.

“ Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında yeddi günlük idman mübarizəsinin yekununda 38 ölkənin təmsilçiləri medal qazanıblar. Siyahıya aktivində 66 (28 qızıl, 17 gümüş və 21 bürünc) medal olan Rusiya komandası başçılıq edir. Böyük Britaniya idmançıları 25 medalla (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə komandası isə 27 medalla (11 qızıl, 6 gümüş və 10 bürünc) üçüncü sırada qərarlaşıblar.

XV Avropa Gənclər Yay Olimpiya Festivalına iyulun 21-dən satart verilib. Yarışlara 48 Avropa ölkəsindən 3 mindən çox idmançı və texniki nümayəndə heyətinin qatıldığı bildirilib. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayıblar.

Xatırlatma

Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq məqsədilə 1990-cı ildə irəli sürülüb.Bu Festival 14-18 yaş arası gənc Avropa atletlərindən ötrü çox idman növlü tədbirdir. Birinci Festival 1991-ci ildə Belçika paytaxtı Brüsseldə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG