Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Avropa Birliyi Qarabağ münaqişəsinin həlli ətrafında baş verən son hadisələri müsbət qiymətləndirir


İllüstrasiya-Avropa parlamenti
İllüstrasiya-Avropa parlamenti

Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında baş verən son hadisələri müsbət qiymətləndirir.

Birliyin mətbuat xidmətinin yanvarın 18-də yaydığı bəyanatda deyilir ki, son aylar Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinyan arasındakı fikir mübadilələri, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçili ilə xarici işlər nazirlərinin görüşləri, hansı ki, sonuncu görüş 2019-cu il yanvarın 16-da Parisdə olub-Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yönündə müsbət irəliləyişdən xəbər verir.

Bəyanatda qeyd edilir ki, Avropa Birliyi,xalqların sülhə hazırlaşdırılması istiqamətində konkret tədbirlər görülməsi və danışıqların aktivləşdirilməsi yönündə addımlar atılması ilə bağlı xarici işlər nazirələri arasında bu yaxınlarda əldə edilən razılaşma da daxil olmaqla, səbirsizliklə bu görüşlərin nəticələrinin tam həyata keçirilməsini gözləyir.

Bəyanatda daha sonra deyilir ki, Avropa Birliyi münaqişənin həllində ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri və təkliflərini , o cümlədən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin cəhdlərini tam dəstəkləyir.

Cənubi Qafqazın öz potensialından istifadə etməsinə imkan yaradacaq möhkəm sülh, hamı üçün xeyirli olacaq, deyə bəyanatda bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG