Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:30

Avropa Birliyi ilə energetika əməkdaşlığı genişlənir


Avropa Birliyinin bayrağı

Azərbaycan və Avropa Birliyi (AB)energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bu məsələlər noyabrın 10-u energetika naziri Pərviz Şahbazovun Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri KestutisYankauskas-la görüşündə müzakirə edilib.

Bu haqda nazirliyin məlumatında yazılır.

Məlumata görə, P.Şahbazov deyib ki,Cənub Qaz Dəhlizininreallaşması nəinki Azərbaycanla AB arasında, həm də böyükbir coğrafiyada çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinitəmin edəcək.

K. Yankauskas isə Cənub Qaz Dəhlizi layihəsini Avropanın yeni enerji təchizatı mənbələrinin və nəql infrastrukturlarının diversifikasiyası siyasətinin tərkib hissəsi kimi dəyərləndirib.

Görüşdə AB və Azərbaycan arasında tərəfdaşlıq haqqındayeni sazişin imzalanması, "Şərq Tərəfdaşlığı" proqramınınhəyata keçirilməsi vəbaşqa məsələlər üzrə fikir mübadiləsiaparılıb.

Buna da bax: Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana dekabrın 5-nə kimi vaxt verir

Xatırlatma

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan«Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edirdi. «Şərq Tərəfdaşlığı» Proqramına AB-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus vəErmənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova vəUkrayna artıq, qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulununda isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivəsənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji vəsiyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərinimüəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG