Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 09:42

Israil mətbuatı Azərbaycanla razılaşmaların 'qaranlıq tərəfi'ndən yazır


Ermənistanın "müharibə məşqinə" Azərbaycandan cavab: Birinci gün təlimlər başlayır
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ermənistanın "müharibə məşqinə" Azərbaycandan cavab: Birinci gün təlimlər başlayır

İsrailin müdafiə naziri Bakıya niyə gəlib? Təhlilçi və müşahidəçiləri belə bir sual düşündürür: İsrailin müdafiə naziri Avigdor Liberman Bakıda nələri müzakirə edib?

O, dünən, sentyabrın 13-dən Bakıdadır, prezident İlham Əliyev və başqa rəsmilərlə görüşüb, bu gün görüşlər davam edir.

Azərbaycan tərəfinin rəsmi məlumatına görə, iki ölkə regional təhlükəsizliyi, hərbi texniki sahələrdə əməkdaşlığı müzakirə ediblər.

Hansısa razılığın əldə olunması barədə məlumat yoxdur.

İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Stokholm Beynəlxalq Tədqiqat İnstitutunun məlumatına görə, son iki ildə, İsrail, də Azərbaycanın ən çox silah aldığı ölkələrdən biri olub. Son iki ildə İsrail Azərbaycana 385 milyon dollar dəyərində silah satıb. 2017-ci ildə Azərbaycan, İsraildən silah alan ölkələrin sırasında 3-cü yerdə olub. Ondan əvvəl Hindistan və Vyetnam gəlir.

Bu ilin iyununda isə, İsrailin nüfuzlu Jerusalem Post qəzeti “Satış üçün silahlar. Silah razılaşmaları İsrailin adını bədnam edirmi?” başlıqlı yazıda, Azərbaycanla razılaşmalarda qaranlıq məqamlardan bəhs olunurdu.

Məqalədə deyilirdi ki, İsrailin Müdafiə Nazirliyi yerli və bir də Çexiya şirkəti ilə birlikdə, Azərbaycana artilleriya, raket qurğuları satıb, həm də bilə-bilə ki, son istifadəçi sertifikatı saxtadır, buna göz yumublar. Qəzet iddia edir ki, bu razılaşmanın dəyəri 50 milyon dollar olub. Amma bu ittihama tərəflərin heç biri reaksiya verməyib.

Məqaladə deyilir ki, İsrail tərəfi bu işin üstü açılsa, Azərbaycanın diktatura rejiminin qəzəblənəcəyindən çəkinir.

AzadlıqRadiosu da bu iddia ilə bağlı Azərbaycan tərəfinin mövqeyini ala bilməyib.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş İlham İsmayıl deyir ki, böyük ehtimalla, İsrailin müdafiə işlər nazirinin bu dəfəki səfəri də silah anlaşmalarını hədəfləyib, müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə mövzusu ola bilər. İlham İsmayıl ehtimal edir ki, İsraillə müzakirə mövzularından biri də İran ola bilər.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, İsrailin dostları dünyada azalır, son vaxtlar Türkiyə ilə də münasibətləri pisləşib. Şərhçi bildirir ki, Azərbaycan isə müsəlman dünyasındakı tərəfdaşlarını nəzərə alır, məsələn, hələ də İsraildə səfirliyini açmır:

“Azərbaycan bu qıcıqları gücləndirməmək üçün ən azı səfirliyini açmır. İran nümayəndələri vaxtaşırı Azərbaycan və İsrail yaxınlığı ilə bağlı narazılıq ifadə ediblər. Amma İran da öz xarici siyasətini quranda Azərbaycanı nəzərə almır”.

Rauf Mirqədirov deyir ki, Azərbaycan İsraillə münasibətdə öz maraqlarını hətta Türkiyə maraqlarından da qabağa qoymalıdır.

Bəs görəsən, ABŞ və İsrailin İranla qarşıdurmasının gücləndiyi vaxt, Azərbaycanın mövqeyi necə olmalıdır?

İlham İsmayıl
İlham İsmayıl

Keçmiş MTN əməkdaşı İlham İsmayıl deyir ki, ABŞ-ın İran sanksiyaları Azərbaycanı hansısa seçim qarşısında qoymur:

“Mən inanmıram ki, Azərbaycan İsrail və ABŞ -ın sanksiyalarına qoşulsun. Azərbaycan bu sanskiyalara qoşulmadığı müddətdə onunçün hansısa problem olmayacaq. Çünki Azərbaycan kiçik dövlətdir. Onun sanksiyalara qoşulmağı həmrəylik nümayiş etdirə bilər, amma qoşulmamağı da Azərbaycanı qınaq obyektinə çevirməyəcək”.

İsraillə neft və silah məsələsində yaxından əməkdaşlıqdan savayı, ABŞ-dakı bəzi İsrail lobbi qruplarının da Azərbaycan rəsmilərinə dəstəyi barədə zaman-zaman mediada məlumatlar səslənir.

Hökumətin tənqidçiləri tez-tez Azərbaycan hakimiyyətini İsrail lobbi qruplarının imkanlarından dövlətin deyil, hakimiyyət təmsilçilərinin öz şəxsi mənafeyi üçün istifadədə ittiham edirlər.

Bu kimi iddialara Azərbaycan və İsrail tərəfdən adətən şərh vermirlər.

XS
SM
MD
LG