Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Atəşkəs 39 dəfə pozulub


Azərbaycan ordusu təlimdə, noyabr 2016

Yanvarın 21-ə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi ümumilikdə 39 dəfə pozub.

Qarşı tərəf iriçaplı pulemyotlardan da istifadə edib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber, Azatamut və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı, Cəfərli, Köhnəqışlaq kəndlərində və adsız yüksəkliklərdəki mövqelər vurulub.

Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdənsə Tovuz rayonunun Ağbulaq, Koxanəbi, Ağdam kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelər atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrin mövqeləri atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG