Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 38 dəfə pozublar.
Ermənistanın Noyemberyan, Berd, Krasnoselsk rayonlarından Azərbaycanın Qazax, Tovuz, Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelər atəşə tutulub.
Nazirliyin bildirməsinə görə,Tərtər rayonunun işğal altındakı Göyarx, Çiləburt,Ağdam rayonunun, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonununMehdili kəndləri yaxınlığında vəGoranboy rayonu istiqamətində də AzərbaycanSilahlı Qüvvələrinin mövqeləri hədəf seçilb
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.
Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.