Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 20:21

Fevralın 19-a keçən gecə Ermənistan silahlıbölmələri atəşkəs rejimini ümumilikdə 37 dəfə pozub. Qarşı tərəf cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan və qumbaraatanlardan istifadə edib.

Ermənistanın Noyemberyan, İcevan və Berd rayonlarından Azərbaycanın Qazax və Tovuz rayonlarındakı mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyi bildirir ki, əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG