Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 04:01

Atəşkəs 33 dəfə pozulub


Foto: arxiv

Dekabrın 11-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 33 dəfə pozub.

Qarşı tərəf 60 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə edib.

Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Azərbaycan ordusunun Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

XS
SM
MD
LG