Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:51

Atəşkəs 24 dəfə pozulub


Azərbaycan ordusu təlimlərdə, noyabr 2016

Fevralın 4-ə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 24 dəfə pozub.

Qarşı tərəf 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə edib.

Müdafiə Nazirliyinin məlumatına görə,Ermənistanın Noyemberyan rayonunun Dovex və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəklikləri, Kəmərli və Qızılhacılı kəndlərindəki mövqelər vurulub.

Berd rayonunun Ayqepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelər hədəf seçilib.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Çıraqlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri də atəşə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG