Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 22:37

Aprelin 2-də atəşkəs 127 dəfə pozulub


Azərbaycan ordusu hərbi təlim zamanı, 1 may 2014

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub.

Ermənistanın Noyemberyan, İcevan və Berd rayonlarından Azərbaycanın Qazax və Tovuz rayonlarındakı mövqeləri atəşə tutulub,- nazirlik bildirir.

Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb ki,Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG