Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:51

Atəşkəslə bağlı 17 dekabr açıqlaması


Azərbaycan ordusu təlimdə, 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 26 dəfə pozub.


Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan və Berd rayonlarındanAzərbaycan silahlı qüvvələrinin Ağstafa və Tovuz rayonunlarındakı mövqeləri atəşə tutulub.
Nazirlik bildirir ki, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Baş Qərvənd, Çıraqlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndi istiqamətindən Azərbaycanın hərbi mövqeləri atəş hədəfi olub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Recommended

XS
SM
MD
LG