Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:20

Atəskəslə bağlı 15 yanvar açıqlaması


Azərbaycan ordusunun hərbi təlimləri, 28 avqust 2015

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 22 dəfə pozublar.

Ermənistanın Noyemberyan, İcevan və Berd rayonlarından Azərbaycanın Qazax və Tovuz rayonlarındakı mövqeləri atəşə tutulub.

Nazirliyin məlumatına görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Multimedia

XS
SM
MD
LG