Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:20

Ermənistan tərəfi atəşkəsi 120 dəfə pozub


Dağlıq Qarabağ, Ermənistan hərbi birləşmələri topdan atəş açır, 3 aprel 2016

Müdafiə Nazirliyi bildirir ki ,Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 120 dəfə pozublar.

Məlumatda qeyd edilir ki,Ermənistanın Noyemberyan ,İcevan rayonunlarından Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı, Bala Cəfərli , Berd rayonundan da Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndləri atəşə tutulub.
Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı,Cəvahirli, Xocavənd rayonunun Kuropatkino vəFüzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Göygöl və Goranboy rayonları istiqamətində dəAzərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG