Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:23

Prezidentin halı qəfil pisləşdi, xəstəxanalıq oldu


Almazbek Atambaev

Qırğızıstan prezidenti Almazbek Atambaev ürək probleminə görə, BMT-nin Baş Asssambleyasının 71-ci sesiyasında iştirak edə bilməyəcək.

Onu bu toplantıda xarici işlər naziri Erlan Abdıldaev əvəz edəcək.

Bu yaxınlarda 60 yaşı tamam olan Atambaev, Bişkekdən Nyu-Yorka uçmaq istəyərkən halı qəflətən pisləşib.

O, döş qəfəsində ağrılardan şikayyətlənib və həkimlər müayinədən sonra ona uçmamağı məsləhət görüblər.

Prezidentin rəsmi saytı Atambaevin hazırda həkim nəzarətində olduğunu xəbər verir.

Prezidentin mətbuat xidmətinin məlumatına görə o müalicə almaq üçün oktyabrın 1-dək məzuniyyətdə olacaq.

XS
SM
MD
LG