Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 05:37

Qırğız milli yeməyini "təhqir edən" britaniyalı saxlandı


 Michael Mcfeat
Michael Mcfeat

►Facebookda çukçuku atın cinsiyyət orqanına bənzədib...

Qırğızıstanda xaricilərə məxsus qızıl mədənində işləyən britaniyalı kişi yerli delikatesi atın cinsiyyət orqanına oxşatdığına görə ifadə vermək üçün saxlanılıb.

Qırğızıstanın Daxili İşlər Nnazirliyi yanvarın 3-də "Centerra Gold" adlı Kanada şirkətinin işçisi olan britaniyalı Michael Mcfeat-in Karakol şəhərində ifadə vermək üçün saxlanıldığını təsdiq edib. Mcfeat-in saxlanmasına səbəb kimi onun Facebookda paylaşdığı bir şərh göstərilib.

Qırğız rəsmiləri deyiblər ki, Mcfeat-in şərhi onun çalışdığı "Centerra Gold" şirkətinin korporativ Yeni İl şənliyində çəkilmiş şəkillərin altında olub.

Buna da bax: Azərbaycanlılar Türkiyədə son 3 ilə 500 şirkət açıblar

Bildirilir ki, Mcfeat qırğız həmkarlarının milli yemək olan çukçuk, "xüsusi delikates, at penisi" üçün növbədə durduğunu yazıb.

Çukçuk at əti və bağırsaqlarından hazırlanan kolbasa növüdür.

Bu şərh yanvarın 2-də Kumtor mədənində qırğız işçilərin tətilinə səbəb olub.

Kumtor mədəninin Qırğızıstan hökuməti ilə adı çəkilən Kanada şirkəti arasında mübahisə mövzusu olduğu bildirilir.

Kumtor mədəni Qırğızıstanın ümumdaxili məhsulunun (ÜDM) 12%-ni, ixracatdan gələn gəlirlərinin 40%-ni verir.

Qırğızıstan - at ətindən kolbasalar satılır, Oş, 2009
Qırğızıstan - at ətindən kolbasalar satılır, Oş, 2009

XS
SM
MD
LG