Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:13

Astarada bir məhbus ailəsinin giley-güzarı...


Arxiv foto
Arxiv foto

Məhbus ailəsinin qonağıyıq. Hazırda həbsdə olan Rufulla Axundzadənin həyat yoldaşı Tamara Axundzadə, gəlini İlahə Axundzadə və 4 yaşlı nəvəsi Astara şəhərində hələ tikintisi tam başa çatmamış bir evdə yaşayırlar.

Axundzadələr ailəsindən iki nəfəri hazırda həbsdədir. Hiss olunur ki, çoxdan evə əl gəzdirilmir...

“Prezidentə müraciət etmişdik”

Rufulla Axundazadənin həyat yoldaşı Tamra Axundzadə evin divarlarına suvaq vurmaqdan ötrü imkanları olmadığını deyir:

“Həyat yoldaşım Rufulla Axundzadə 8 ildir həbsdədir. Oğlum Məhəmmədəli Axundazdə də həbs olunub. Gəlin və bir nəvəmlə köməksiz qalmışıq. Pis vəziyyətdəyik. Mən də yoldaşım da ikinci qurup əlilik. Prezidentə müraciət etmişdik. Xahiş etmişdik ki, o xəstədir, cəzanın çox hissəsini çəkib, onu buraxsınlar. Heç bizə cavab vermədilər...Xəstə adamdır, dərmanlarını çatdıra bilmirəm.”

“Həbsxanada infarkt keçirib”

Tamra Axundzadə deyir ki, ərinin və oğlunun tutulması səbəbləri barədə daha danışmaq istəmir. Onun vurğulamasına görə, imkansızlıq hər şeyi kölgədə qoyub:

“Dolanmaq çətindir. Gedib onlara baş çəkmək lazım olur. İndi də bahaçılıqdır. Mən hər dəfə gedə bilmirəm. İndi ildə 1-2 dəfə onlara baş çəkirəm. Zəng etmişdi.Yeməyi zəifdir. Həbsxanada infarkt keçirib. Tutulmamışdan əvvəl də ürəyi onu incidirdi, müalicə olunurdu. Orduda olarkən xəstəliyinə görə 4 aydan sonra tərxis olunub. Ürəkdən əməliyat olunmalı idi. Ehtiyat edirdi, deyirdi ki, əməliyyatdan çıxmaram. Həbs etdilər. Rufulla Axundzadə 7 uşaq atasıdır. Rufullasız 8 ildir ailə saxlayıram. Çətindir, çox çətindir. Evin balaca otağında qaz yandırırıq. Hamımız orda otururuq, yatırıq. Hamsı pensiyaya bağlıdır. Ona görə bir şey alıb həbsxanaya apara bilmirəm. Siz yaşadığımız evi görürsünüz nə vəziyyətdədir? O maddələrlə onu günahkar bilirlər... Oğlumu narkotikdə günahlandırdılar. Bəs hanı pullar? Bəs nə üçün kasıb yaşayırıq?”

Axundzadələrin yaşadığı ev
Axundzadələrin yaşadığı ev

​Gəlini, Məhəmmədəli Axundzadənin həyat yoldaşı İlahə Axundazadə söhbətə qoşulur:

“O yaxşı bir həkim istəyir ki,...”

“Yoldaşım Məhəmmədəli 3 ildir həbsdədir. Məhbus olmaq bir yana qalsın, onların hər ikisi xəstədir. Qayınatamın gözləri günü gündən zəifləyir. Ona baxmaq üçün yüksək ixtisaslı ürək həkimi lazımdır. Çoxdan idi ki, onlara baş çəkə bilmirdim. İmkan yox idi. Bu yaxınlarda hər ikisinə baş çəkə bildim. Qayınatam Rufulla Axundzadə ilə bu yaxınlarda telefonla da danışmışıq. Qayınatam 15 saylı, həyat yoldaşım isə 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Rufulla Axundazədə hər zaman deyib ki, cəzaçəkmə müəssisəsindən narazlığım yoxdur. Onun şikayyəti müalicədəndir. Ədliyyə nazirlyinin Baş Tibb İdarəsinin Müalicə Müəsissəsi onu müalicə etmək gücündə deyil. Gündən günə xəstəlikləri şidətlənir. O yaxşı bir həkim istəyir ki, ona baxsın, müalicəni düzgün aparılsın”

“O nəvələrini görməyib”

Tamara Axundzdə, nəvəsi ilə - 2016
Tamara Axundzdə, nəvəsi ilə - 2016

İlahə Axundzadə həyacanla danışır. Arabir danışığına fasilə veirir. Necə deyrlər nəfəsini dərib sözünə davam edir:

“O nəvələrini görməyib. O bizə telefonda dedi ki, heç bir günahım olmadan ağır maddələri mənə cəza veriblər. İndi də deyirlər ki, bu maddələr altında yatanlar axıra kimi yatmalıdırlar. Əlil adam, ağır xəstə, 64 yaşında. O axı kimə təhlükəli ola bilər? Həyat yoldaşım Məhəmmədəli Axundazadə də tez-tez xəstələnir. Ödündən şikayət edir. Hərbidə sərhəd dəstəsində xidmət edib. Rufulla Axundazədə müraciət emişdi ki,onu da oğlunun cəza çəkdiyi müəsissəyə salsınlar. Oğul ataya qulluq etsin. Ona deyiblər ki, ağır maddələrin var, ora köçə bilmərsən...”

“Hicab taxan xanımlar üçün iş tapmaq çətindir”

İlahə Axundzadə də imkansız olduğunu deyir:

“Ailəmizdə işləyən yoxdur. Qaynanamın pensiyası ilə yaşayırıq. Mən də iş tapa bilmirəm. Hicab taxan xanımlar üçün iş tapmaq çətindir. Lənkəranda var. Amma ora uzaqdır.”

O, daha sonra da əlavə edib ki, yaxın qohumlarından yenə həbs edilən var:

“Məhəmmədəli mətbuatda, sosial şəbəkələrdə fikirlərini bölüşərdi. Atasının haqsız həbsinə görə çıxışlar edirdi. Buna görə ona təziqlər olmuşdu. Əgər elədirsə Məhəmmədəliyə nə üçün narkotik maddəsi qoydular? Bu mümkün olmayan bir şeydir. Biz imanlı ailəyik.”

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.Ancaq Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı deyiblər ki, cəza çəkmə müəssisələrinin maddi təminatı və məhbusların müalicə məsələlərində hər hansı problem yoxdur.

Xatırlatma

İslam Partiyasının Astara şöbəsinin sədri olmuş Rufulla Axundzadə 2011-ci ilin yanvarında tutulub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay azadlıqdan məhrum edilib. O Cinayət Məcəlləsinin 5 maddəsi ilə təqsirli bilinib. Bura qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirməyə cəhd və başqa ağır cinayətlər daxildir.

Rufulla Axundazdənin 28 yaşlı oğlu Məhəmmədəli Axundzadə isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( Qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG