Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:06

Astara sakini: 'Öz torpağımı satıram. Başqasının torpağında işləmək daha sərfəlidir'


Astarada kəndlilər torpaqlarını satır.

“Torpağımı satıram, payıbəlli torpaqdır, 81 sotdur”

Astara rayon sakini, 30 yaşlı Rasim Nəhmətov torpağını satmaq istəməsinin səbəbini belə izah edir:

“Ailəmizdə 7 nəfər var. Heç biri işləmir. Evə qazanc gəlmir, pul yoxdur. Torpaq neçə illərdir ki, əkilməmiş qalır. Torpağı sürmək, əkmək, becərmək böyük vəsait tələb edir. Hələ bilmək olmur ki, məhsul olacaq ya yox? Bazar da tələbatı ödəmir. Buna görə, ailədə qərara gəldik ki, torpağı sataq. Başqasının torpağında işləmək daha sərfəlidir. Günə 15-20 manat ödəyirlər”.

“Sotu 50-80 manata”

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

O deyir ki, torpağa az pul verirlər:

Rasim Nəhmətov
Rasim Nəhmətov

“Hər sota 80 manat verirlər. Əlbəttə azdır. Elələri var ki, sotunu 50 manata satır. Bu il torpağını satmaq istəyənlərin sayı daha çoxdur. Eşidiblər ki, əkilməmiş torpağa görə, cərimə olunacaqlar, ona görə satırlar. Torpağı bu yolla əlimizdən alacaqlar. Satsaq yaxşıdır”.

“Bir dəfə əkdim, ziyana düşdüm”

Rayonun başqa bir sakini Akif Məmmədov da Rasim Nəhmətovla həmfikirdir:

“Mən də əkin yerlərimi satışa çıxartmışam. Söhbət bacarmaqdan getmir. Bir dəfə əkdim, ziyana düşdüm. Mənim o qədər pulum yoxdur ki, hər dəfə vəsait sərf edim. Özüm pensiya alıram. Mənim pensiyam torpağın şumlanmasına güclə çatır. Tədarük kontoru var, ora getmişdim. Elə şərtlər qoydular ki, öhdəsindən gələ bilmədim. Torpaq ucuz satılır, ona görə gözləyirəm”.

Buna da bax: Ovaladakı körpü dağılıb, bir neçə kəndlə əlaqə çətinləşib

“Təkcə bir nəfərə yox...”

Onun fikrincə, hökumət heç olmasa kəndliyə güzəştli kredit verməlidir ki, özünə gələ bilsin :

“Dəstək azdır. Prezident bu yaxınlarda pomidor yetişdirən təsərrüfatda oldu. Yaxşıdır ki, ölkəmizin başçısı əkinlə-biçinlə maraqlanır. Eşitdiyimə görə, pomidor yetişdirən adama güzəştli kredit verib. Bu yaxşı təşəbbüsdür. Təkcə bir nəfərə yox, çoxlarına güzəştli kredit vermək lazımdır ki, kənd təsərrüfatı inkişaf etsin”.

Buna da bax: 'Prezident deyir varlı ölkəyik. Varlı ölkənin belə kitabxanası olarmı?'

Adının çəkilməsini istəməyən bir fermer təsərrüfatın başçısının dediyinə görə isə, subsidiyalar vaxtında verilmir:

“Nəzarət zəifdir. Mən özüm hər ili ziyanla başa vururam. Başqa işim olsaydı gedib işləyərdim. Məcbur olub kənd təsərrüfatı ilə məşğul oluram. Alan olsaydı fermer təsərrüfatımı satardım. Alan yoxdur. Amma ucuz qiymətə min hektarlarla torpaq alanlar var”.

“Təkcə Astarada son bir ildə min hektardan çox belə torpaq satılıb...”

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Aqronom Natiq Əbilov hesab edir ki, ölkədə kənd təsərrüfatını inkişaf etdirməkdən ötrü kifayət qədər qanunlar var. Lakin onun fikrincə, kəndliyə dəstək yetərli deyil:

Natiq Əbilov
Natiq Əbilov

“Rəsmilərin verdiyi məlumata görə, Astarada 2 min hektardan çox sahə boşuna qalıb. Kəndli torpağı əkə bilmir. Həm də qorxur ki, əkin sahəsi əlindən çıxa. Hökumətə etibar etmir. Ona görə də, əkin sahələrini dəyər-dəyməzə satırlar. Təkcə Astarada son bir ildə min hektardan çox belə torpaq satılıb. Digər qonşu rayonlarda belə hallar azdır...”

“Deyirlər ki...”

Buna da bax: Regionlara 60 milyard manat yatırılıb, amma...

Onun deməsinə görə, rayonlarda torpaq bazarı formalaşmayıb:

“Pay torpaqlarının sotu 350-400 manata olmalıdır. Kəndlilər isə hər sotunu 70-80 manata verirlər. Deyirlər ki, bu torpaqları Bakıda yaşayan 2 nəfər alır. Aralarında məmur və deputat da var. Ad aşkarlanmır. Torpaq kənar bir adamın adına sənədləşdirilir”.

“TOXUMUNU DA BİZ VERİRİK, MƏHSULUNU DA BİZ SATIRIQ”

Masallıda yerləşən “Tədarük və təchizat kontoru”nun Astardakı nümayəndəsi Elşad Əkbərov deyir ki, əkinlə bağlı onlara yalnız bir nəfər müraciət edib:

Buna da bax: 'Minimum əməkhaqqının 68 dollar olduğu milyarder məmurlar ölkəsi...'

“Bir nəfər müraciət etmişdi, ona izah etdik. Bizə müraciət edən kəndlinin torpağı dəyərləndirilir. Toxumu da biz veririk, məhsulunu da biz satırıq. Tədarük etdiyi məhsulu bazarla müəyyənləşdirilmiş orta qiymətlə alırıq. Masallı və Cəlilabadda əkin yerini satmaq istəyən adama çox nadir hallarda rast gəlmək olar. Bütün bunlar elə dəstəkdir də. Hökumət dəstək verir. Xərclərin 25 faizini qabaqcadan ödəyirik. Məgər bu pisdir? Məhsulu da biz satırıq. Onlar torpaqlarını nə üçün satırlar, bu barədə heç nə deyə bilmərəm...”

Ötən il Azərbaycanda istifadəsiz qalan torpaqlara görə, cərimələrin miqdarı artırılıb.

Hökumət bunu, istifadəsiz qalan torpaqların əkinə cəlb edilməsi siyasəti ilə izah edib.

Buna da bax:

Hadı Rəcəblinin ‘yol göstərdiyi’ müəllimin halı
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG