Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 10:30

London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasına hökm verdi


Culian Assanj
Culian Assanj

Birləşmiş Ştatlara təslim edilərsə, Assanjı 175 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər

London məhkəməsi aprelin 20-də WikiLeaks saytının yaradıcısı Culian Assanjın Birləşmiş Ştatlara ekstradisiyası üçün order verib.

Bu məsələdə son qərarı Britaniyanın daxili işlər naziri Priti Patel verməlidir.

Assanjın vəkilləri yalnız bundan sonra məhkəmə hökmündən şikayət apellyasiyası verə bilərlər.

Birləşmiş Ştatlara təslim edilərsə, Assanjı 175 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

ABŞ-da Assanja qarşı casusluq haqqında qanunun pozulması da daxil üst-üstə 18 ittiham irəli sürülüb.

O özünün WikiLeaks saytında ABŞ-ın müxtəlif dövlət idarələrinə aid məxfi sənədləri dərc edib.

Bu da qeyd olunur ki, bu sənədlərin bir hissəsi 2016-cı il ABŞ prezident seçkisinə iddia olunan müdaxilə zamanı Rusiya hakerlərinin dəstəyi ilə əldə oluna bilərdi.

Lakin ittihamnamədə bu epizod ayrıca olaraq qeyd edilmir.

Londonda aprelin 20-də keçirilmiş dinləmənin ərəfəsində “Sərhədsiz reportyolar” jurnalist təşkilatı Wikileaks saytının yaradıcısının azadlığa buraxılmasına çağırmışdı.

Ekstradisya tələbləri

Assanj cinsi təcavüz ittihamı ilə İsveçə ekstradisiya ediləcəyindən qorxaraq 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.

Lakin İsveç sonralar özünün ekstradisiya tələbnaməsini geri götürsə də, bu dəfə ABŞ onun təslim edilməsini tələb edirdi.

2019-cu ildə Ekvador Assanjın sığınacaq hüququnu ləğv etdikdən sonra o London polisi tərəfindən həbs edildi.

Assanj o vaxtdan həbsxanadadır və məhkəmə onun ABŞ-a ekstradisiyası məsələsinə baxır.

Bu yaxınlarda Britaniyanın Ali Məhkəməsi Culian Assanjın ekstradisiyasına qarşı verilmiş vəsatəti rədd edib.

Assanjın vəkilləri iddia edirlər ki, onun dərc etdiyi sənədlər ABŞ-da yol verilmiş qanun pozuntularını faş edib və bu, ictimaiyyətin marağında olub.

Aprelin 20-də məhkəmə binasının qarşısına Assanjın onlarca tərəfdarı toplaşmışdı.

XS
SM
MD
LG