Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Assad Soçiyə gəlib


Bashar al-Assad
Bashar al-Assad

Kremldən verilən xəbərə görə Rusiya prezidenti Vladimir Putin Qara dəniz sahilindəki Soçi şəhərində özünün suriyalı həmkarı Bashar al-Assad-la danışıqlar aparıb.

Mayın 17-də Kremlin sözçüsü Dmitry Peskov prezidentə istinadən bildirib ki, "Suriyadakı stabillik yaxşılaşır və bu, az əvvəl başlanmış siyasi prosesə yol açır”.

Peskov jurnalistlərə deyib ki, Assad Rusiya prezidentinə BMT-yə nümayəndə heyəti göndərdiyi barədə məlumat verib. Orada BMT-nin egidası altında sülh prosesinin çərçivəsində Suriyanın yeni konstitusiyası müzakirə olunmalıdır.

Hər iki lider Suriyadakı münaqişənin siyasi yolla həlli üçün şəraitin yaradılması zəruriliyini vurğulayıb.

Putin və Assad son dəfə ötən ilin dekabrında Suriyanın Latakiya qəzasındakı Rusiya hərbi bazasında görüşüblər.

Moskva Suriyada 7 ildir ki, davam edən münaqişəsə Assad-a həlledici hərbi dəstək verərək münaqişənin qüvvələr nisbətini Dəməşqin xeyrinə dəyişib.

Eyni zamanda Suriya hökumət qüvvələri Rusiya aviasiyasının himayəsi altında geniş əraziləri qiyamçılardan geri alıb.

Buna baxmayaraq ABŞ-ın dəstəklədiyi qiyamçı dəstələr ölkənin şimal-qərbi və cənub qərbində böyük ərazilərə nzəarət edir.

XS
SM
MD
LG