Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:48

Aslan Maxadovun arvadı Çeçenistana niyə qayıtdı?


Kusama Maskhadova, 2009
Kusama Maskhadova, 2009

►Hüquq müdafiəçiləri: "Bu, Kadırovun piar aksiyasıdır"

"Qafqaz qovşağı"nın verdyi məlumata görə Human Rights Watchun Rusiyadakı proqram direktoru Tatyana Lokşina deyib ki, öldürülmüş "İçkeriya prezidenti" Aslan Masxadovun dul xanımı Kusama Masxadovanın vətənə qayıdışı Çeçenistan administrasiyasının rəhbəri Ramzan Kadırovun şəxsi piarı üçün istifadə edilir.

Beynəlxalq Böhran Qrupunun (ICG) Rusiya nümayəndəliyinin rəhbəri Yekaterina Sokiryanskaya isə qeyd edib ki, Kadırov Masxadovanın vətənə qayıtmasına razılıq verməklə özünü bütün çeçenlərin lideri kimi təqdim etməyə cəhd edir.

Qazaxıstana sürgün olunmuş çeçen ailəsində anadan olmuş Masxadovanın indi 65 yaşlı var və o, ağır xəstədir. Kadırov onun vətənə qayıtmasını yanvarın 9-da Çeçenistan parlamentinin iclasında elan edib. "Mənə dedilər ki, o, xəstədir və vətənə qayıtmaq istəyir, mən göstəriş verdim ki, ona pasport düzəltsinlər və Masxadovun arvadını evə qaytarsınlar. Baxmayaraq ki, Masxadov məni öldürmək əmri vermişdi," - Kadırov deyib.

Buna da bax: Kredit borcunu maaşdan tuturlar

O, Masxadovanın dəqiq nə vaxt Çeçenistana qayıtdığını və harada yerləşdiyini açıqlamayıb. Masxadovun Qroznı yaxınlığındakı evinin rus qoşunlarının şəhəri tutmasından sonra yandırıldığı məlumdur.

Aslan Masxadov
Aslan Masxadov

"Qafqaz qovşağı" həmçinin xəbər verir ki, "İçkeriyanın müdafiə naziri" olmuş, 2004-cü ildə isə 40-dan çox qohumunun federal qoşunlar tərəfindən girov götürülməsindən sonra silahı yerə qoyaraq təslim olmuş Maqomed Xambiyev Kusama Masxadova ilə görüşüb.

Xambiyev 2005-ci ilin sonundan bəri Çeçenistan parlamentinin üzvüdür. Bir versiyaya görə mühacir qadın vətənə qayıtmaq barədə xahişini məhz Masxadova ən yaxın xadimlərdən biri olmuş Xambiyevin vasitəsilə hakim dairələrə ötürüb.

Çeçen ictimai fəallar düşünürlər ki, Kadırovun nəzarətində olan Çeçenistanda pezidentin dul xanımı xüsusi xidmət orqanlarının tam nəzarətində olacaq.

Masxadova 2000-ci ildə, Rusiya ilə müharibənin qızğın vaxtında Çeçenistanı tərk edərək Gürcüstan və Türkiyə əraziləri vasitəsilə Malayziyaya gedib və bir müddət orada yerləşib. 2008-ci ilə qədər Azərbaycanda yaşayıb. Prezidentin xanımının 2008-ci ildən bəri harada yaşadığı barədə dəqiq məlumat yoxdur.

2009-cu ildə Aslan və Kusama Masxadovların o zaman Norveçdə yaşayan oğlu Anzor Masxadov bəyan edib ki, onun ailəsinə hədə-qorxu gələrək onların vətənə qayıtmasını tələb ediblər. "İnsanlara, çeçenlərə göstərmək istəyirlər ki, Masxadovvlar ailəsi evə qayıdıb, deməli hər şey yaxşıdır. Xalqı da qayıtmağa inandırmaq istəyirlər," - deyə prezidentin oğlu bildirib.

2000-ci illərin sonundan 2010-cu ilin əvvəlinə qədərki dövrdə Kadırovun administrasiyası mühacirlərin vətənə qaytarılması kampaniyasını həyata keçirib. Müvəqqəti, yaxud da həmişəlik Çeçenistana qayıtmış "İçkeriya xadimləri" arasında keçmiş səhiyyə naziri və Masxadovun Avropadakı nümayəndəsi, Maqomed Xambiyevin qardaşı Umar Xambiyev, keçmiş müfti Bayali Tevsiyev, populyar bard Timur Mutsurayev, keçmiş DİN rəhbəri Kazbek Maxaşev və parlamentin iki keçmiş deputatı da var.

1990-cı illərdə Rusiyanın Çeçenistan bölgəsi özünü müstəqil etmiş, özünü "İşkeriya Respubliası" adlandırmışdı.

XS
SM
MD
LG