Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Keçmiş vəkil Aslan İsmayılov hakim önünə çıxarılıb


Aslan İsmayılov
Aslan İsmayılov

Keçmiş vəkil Aslan İsmayılov xuliqanlıq ittihamı ilə hakim önünə çıxarılıb. İyunun 20-də Binəqədi Rayon Məhkəməsində onun haqqında cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

CM-nin 221.1 (xuliqanlıq) maddəsiylə ittiham olunan A. İsmayılov həmin işə baxan hakim Mirheydər Zeynalova etiraz verib.

Hüquqşünas bildirib ki, bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. O, fikrini belə əsaslandırıb: “Hakim Mirheydər Zeynalov bundan əvvəl də mənimlə bağlı qərar çıxarıb - Hafiz Hacıyevə (Müasir Müsavat Partiyasının sədri - red.) qarşı iddiamı heç bir əsas olmadan təmin etməyib. İkincisi, indi haqqımdakı cinayət işində saxtalaşdırılmış hadisə Binəqədi Rayon Məhkəməsində baş verib, şahidlər də oranın əməkdaşlarıdır. Üçüncüsü, bu saxta ittihamı təsdiqləyən prokuror müavini, işi aparan müstəntiq... hamısı Binəqədi rayonunun işçiləridir və bir-birindən asılıdırlar".

Aslan İsmayılov haqqındakı cinayət işinə Bakının istənilən başqa rayon məhkəməsində baxılmasına razı olduğunu söyləyib.

Prokuror təqsirləndirilən Aslan İsmayılovun etirazını əsassız sayıb və təmin olunmamasını istəyib.

Hakim bu məsələ ilə bağlı qərarını iyunun 25-də keçiriləcək məhkəmə iclasında elan edəcək.

Xatırlatma

Aslan İsmayılov ötən ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırparaq, məhkəmə zalındakı divarın suvağını dağıtmaqda, səs-küy salıb iş prosesini pozmaqda günahlandırlır.

Onun barəsində istintaq və məhkəmə dövründə başqa yerə getməməsinə dair iltizam-qətimkan tədbiri seçilib.

Hüquqşünas ittihamı qəbul etmir və deyir ki, haqqındakı cinayət işi sifarişlə başlanıb: "İş materiallarından, oradakı şəkillərdən də görünür ki, ittiham saxtadır".

Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddialar üzrə daha iki məhkəmə prosesi gedir.

Bunlardan birində iddiaçı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, digərində isə iş adamı Mürvət Həsənovdur.

XS
SM
MD
LG