Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:35

AŞPA Cənubi Qafqazda LGBTI-nin durumundan narahatdır


Arxiv fotosu
Arxiv fotosu

LGBTI təmsilçilərinə zorakılıq halları effektiv araşdırılmalıdır, AŞPA bildirir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistan, Azərbaycan və Gürcüstanda LGBTI-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) durumundan narahatlığını bildirib. Qurum “bu şəxslərin hüquqlarının çoxsaylı pozuntuları ilə bağlı” məlumatların olduğunu bildirir.

Bu ölkələr “cinsi oriyentasiya, gender kimliyi, gender özünüifadəsi və seksual xüsusiyyətlərə görə ayrıseçkiliyə qarşı effektli qanunvericilik və siyasət” qəbul etməlidirlər, qurum vurğulayır.

Azərbaycanda LGBTQİ anlayışı heç bir qanunda yoxdur - LGBTQİ fərdlərinin hüquqlarını başqa ölkələr necə qoruyur?
Gözlə

No media source currently available

0:00 0:06:59 0:00

Media və deputatlar üçün davranış kodeksləri

AŞPA Gürcüstanda diskriminasiya ilə mübarizədə proqresi, Ermənistanda mövcud demokratik keçid prosesinin yaratdığı imkanları alqışlayır. Amma eyni zamanda parlamentarilər Yerevan, Bakı və Tbilisini “LGBTI təmsilçilərinin Gey Parad yürüşləri tipli ictimai tədbirlər keçirmək hüququnu”, onların təhlükəsiz keçirilməsini təmin etməyə, “iştirakçıları zorakılıqdan qorumağa” çağırır.

Qurumun belçikalı deputat Kristof Lakruanın hazırladığı hesabat əsasında qəbul etdiyi qətnamədə media və parlament üzvləri üçün “LGBTI təmsilçilərinə qarşı diskriminativ şərhlər və nifrət çıxışını yasaqlayan” davranış kodeksinin qəbuluna çağırış yer alıb.

LGBTI təmsilçilərinə zorakılıq halları effektiv araşdırılmalıdır, qurum bildirir.

Transgender: 'Bizi ölümlə hədələyirlər'. Polis nə tədbir görür?
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

Tövsiyələr

Parlamentarilər üç Cənubi Qafqaz ölkəsini cinsi və reproduktiv tibbi xidmətə, cinsi yolla keçən xəstəliklərə dair informasiyaya çıxışı yaxşılaşdırmağa; transgendr şəxslərə doğum sənədlərində adlarını və cinslərini dəyişməyə icazə verməyə; LGBTI təmsilçilərinin hüquqlarının müdafiəsinə çalışan vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı gücləndirməyə, onların müstəqilliyini, bu qurumlarla işləyənlərin təhlükəsizliyini təmin etməyə çağırır.

Azərbaycanda hakimiyyət təmsilçiləri isə vətəndaşların təməl hüquq və azadlıqlarının tam təmin olunduğunu deyirlər. Ölkədə Azərbaycanda homoseksuallıq 2000-ci ildə qanuniləşdirilib. Ancaq ILGA beynəlxalq insan haqları qrupu 2016-cı ildə bildirib ki, bu ölkədə geylərin hüquqları Avropada ən pis qorunanlar sırasındadır.

Hakimiyyət isə tənqidləri qəbul etmir. Daxili İşlər Nazirliyi bəyanatlarında polisin cinsi azlıqları təqib etmədiyini bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG