Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:54

AŞPA həmməruzəçiləri: Mehman Hüseyovun işinə yenidən baxılsın


Blogger Mehman Hüseynov - 24 fevral 2017
Blogger Mehman Hüseynov - 24 fevral 2017

AŞPA həmməruzəçiləri Azərbaycan hakimiyyətini Mehman Hüseynovun işinə yenidən baxmağa çağırırlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri, bloqqer Mehman Hüseynova qarşı sürülən yeni ittihamlarla bağlı rəsmi bəyanat yayıblar.

Bəyanatda Ser Rocer Geyl (Sir Roger Gale) və Stefan Şennax (Stefan Schennach) hazırda iki illik həbsinin son iki ayını yaşayan video bloqqer və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Mehman Hüseynova qarşı qaldırılan yeni ittihamlarla əlaqədar, dərin narahatlıqlarını bildiriblər.

“Mehman Hüseynov 2017-ci il mart ayında Azərbaycan rəsmilərinin korrupsiya və işgəncə iddiaları ilə bağlı bir sıra materiallar dərc etdikdən sonra saxta ittihamlarla həbs edilib. 26 dekabr 2018-ci ildə bloqqer, "hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə" maddəsi ilə ittiham edilir. Onu 3 ildən 7 ilə kimi həbs müddəti gözləyir”.

“Təəssüflər olsun ki, təxmin etməyə ciddi əsaslar var ki, yeni ittiham açıq şəkildə siyasi motivlidir və açıq şəkildə bizim siyasi məhbus hesab etdiyimiz tanınmış insan haqları fəalının susdurulmasını davam etdirmək üçün edilib”, deyə bəyanatda qeyd edilir.

Həmməruzaçilər Azərbaycan hakimiyyətini bu məsələyə prioritet şəkildə baxmağa səsləyirlər.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG