Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:07

'ASAN qatar' da yaradılır


ASAN Xidmətinin sədri İnam Kərimov (solda)

“ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində təkcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya yeni yanaşma və düşüncə tərzi gətirib”.

Turan-ın xəbərinə görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov belə deyib.

O, “ASAN xidmət”də müxtəlif dövlət orqanlarınınvətəndaşlara vahid brend altında, qarşılıqlı əməkdaşlıq şəraitində yüksək səviyyəli xidmət göstərdiyini vurğulayıb.

İ.Kərimovun sözlərinə görə, indiyədək 13 milyon vətəndaş “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edib. Vətəndaş məmnunluğu 98 faiz təşkil edib.

Agentlik sədri “ASAN xidmət” brendinin xidmət hüdudlarının getdikcə daha da artacağını xəbər verib.

“Yaxın vaxtlarda Bakıda “ASAN kommunal” mərkəzlərinin yaradılması nəzərdə tutulur. Digər yenilik isə “ASAN qatar” sisteminin fəaliyyətə başlamasının planlaşdırılmasıdır. Hazırda səyyar avtobuslarla vətəndaşlara göstərilən xidmətlər “ASAN qatar” sistemi vasitəsilə əhaliyə daha rahat üsullarla çatdırılacaq”, İ.Kərimov bildirib.

Multimedia

XS
SM
MD
LG