Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:37

Yerevanda etiraz aksiyası keçirilir


Yerevanın Azadlıq Meydanında müxalifət fəalı Artur Sarkisianın ölümünə etiraz olaraq yenidən aksiya keçirilir.

Aksiyaçılar martın 20-də baş prokuror Artur Daftyan, Sarkisiyanın həbsinə vəkalət qaldırmış müstəntiq, onun həbsi barədə qərar verən hakim barədə cinayət işi qaldırılmasını və faktla bağlı ədalətli istintaq aparılmasını tələb ediblər.

News.am saytının məlumatına görə, bundan əvvəl ədliyyə naziri Arpine Hovannisianın da istefası tələb olunurdu, amma aksiyaçılar indi bu tələbi geüri götürüblər, müəyyən edilib ki, nazirliyin bu işə aidiyyatı olmayıb.

Martın 19-da keçirilən aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.

“Çörəkçatdıran” kimi tanınan 48 yaşlı Sarkisyan 2016-cı ilin avqustunda polis səddini yararaq Yerevanın mərkəzindəki polis idarəsini zəpt etmiş "Sasna Tsrer" qrupunun yaraqlılarına ərzaq çatdırmışdı.

Binanı zəbt edən etirazçılar həmin vaxt hökumətin istefasını tələb edirdilər.

Həmin vaxt həbs edilən Sarkisyan sonradan xəstəliyinə görə buraxılsa da, fevralın 9-da qeydiyyat barədə qaydanı pozduğuna görə təkrar həbs olunmuşdu.

Buna etiraz edən Sarkisian həbsxanada 25 günlük aclıq aksiyası keçirmiş və səhəti pisləşdiyinə görə deputatların xahişi ilə azadlığa buraxmışdı.

O, martın 15-də səhətinin pisləşməsinə görə təcili xəstəxanaya çatdırılsa da əməliyyatdan az sonra keçinib.

Bu insident ölkədə etirazlara səbəb olub.

Buna da bax.Yerevanda yenə də etiraz yürüşü keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG