Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

Arif Hacılı: 'Prezidentin cangüdəninin təsiri baş nazirdən çoxdur'


Artur Rasizadə
Artur Rasizadə

Müsavat başqanı Arif Hacılı hökumətin bayram öncəsi, martın 17-si verdiyi hesabatı dəyərləndirib.

«Konstitusiyaya görə, Azərbaycanda hökumətin başçısı prezidentdir. İcra hakimiyyəti prezidentə məxsusdur. Ölkənin iqtisadi siyasətini, hökumətin tərkibini o, müəyyən edir. Nazirləri, hətta nazir müavinlərini, Nazirlər Kabinetinin məsul vəzifəli şəxslərini təyin etmək, vəzifədən azad etmək səlahiyyətləri də prezidentə aiddir. Amma hökumət adından «hesabatı» nəinki real səlahiyyətləri, heç uğurlu bir bloqqer qədər də təsir imkanı olmayan baş nazir verir. Bu gün dövlət başçısının elə cangüdənləri var ki, təsir dairələri baş nazirdən çoxdur»,-A.Hacılı bildirib.

XATIRLATMA

Martın 17-si baş nazir Artur Rasizadə parlamentdə ötən ilin yekunları ilə bağlı hökumətin hesabatını vermişdi.

O, hesabatında qeyd edirdi ki, 2002-2015-ci illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 46.7 faizdən 4.9 faizə enib.

Onun deməsinə görə, 2015-ci ilə nisbətdə 2016-cı ildə ümumi daxili məhsulun (ÜDM) real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi üzündən yoxsulluq səviyyəsi 1 faiz artıb.

Hesabata görə, 2016-cı ildə ÜDM 60 milyard 393.6 milyon manat təşkil edib: «Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3.1 faiz azalıb. Düşüşün əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmət istehsalının 22.9 faiz azalmasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG