Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Rusiyada tualetli tankların istehsalına başlanacaq


Rusiyanın T-14 "Armata" tankı hərbi paradda
Rusiyanın T-14 "Armata" tankı hərbi paradda

Müharibə bir cəhənnəm sayılsa da, insanın ən adi ehtiyaclarını ləğv etmir. Buna görə də Rusiya öz ordusu üçün “hər cür rahatlığı olan” tankların istehsalına başlaya bilər.

Hazırda layihələndirmə mərhələsində olan yeni tankın dizaynı onun içərisində üç ekipaj üzvü üçün bir tualet kabinəsi quraşdırılmasını nəzərdə tutur.

Yekaterinburqdakı Ural Nəqliyyat Avtomobilləri Zavodunun konstruktor bürosun rəsmisi Ilya Baranov T-14 Armata tankının yeni modeli barədə martın 7-də məlumat verib.

Baranov deyir ki, yeni tualet sistemi uzun və dayanmaq imkanı olmayan missiyalar zamanı Rusiya ekipajlarının maksimum rahatlığını təmin edəcək.

T-14 seriyasından Armata tankının ilk nümunəsi 2015-ci ildə Moskvada keçirilən hərbi paradda nümayiş etdirilmişdi.

Tank paradın baş məşqi zamanı naməlum səbəblərə görə dayanmış və Qırmızı meydanda minlərlə tamaşaçının gözü qarşısında onu qoşquya almaq lazım gəlmişdi:

Rusiya rəsmiləri o vaxt demişdilər ki, Rusiya Silahlı Qüvvələrinə 2020-ci ilədək 2300 yeni tank veriləcək.

Rəsmilər bunu da demişdilər ki, döyüşə hazır tankların ilk dəstləri Moskvada bazalanmış Taman Motoatıcı Diviziyasının 2-ci qvardiyasına təqdim olunacaq.

Armata tanklarının köhnəldiyini deyənlər var

Bu arada Rusiya mediası xəbər verir ki, Fransanın quru qoşunlar üçün silahlar istehsal edən müəssisələrindən birində “Armata tankını vurmaq məqsədilə” yeni toplar hazırlanıb.

Tank qüllələri üçün nəzərdə tutulmuş 140 mm çaplı topların ilk nümunələri Leclerc tanklarına montaj edilib.

Jane məcmusənin məlumatına görə yeni toplardan artıq 200 sınaq atəşi açılıb.

Rusiyanın hərbi ekspertlərindən Aleksey Khlopotov deyib ki, yeni topların NATO-nun indiyədək 120 mm-lik standart toplarla təmin edilən vuruculuq qabiliyyətini 70 faiz artıracaq.

Ekspertin fikrincə bu kimi topların hazırlanması heç şübhəsiz Rusiyanın Armata tanklarının istehsalına başlaması ilə birbaşa bağlıdır.

Khlopotovun fikrincə Avropada yeni 140 mm-lik toplardan isritifadyə başlanması Armata layihəsini mənasız edir, çünki o NATO-nun yeni topları qarşısında aciz olacaq.

Ekspert düşünür ki, elə buna görə də Armata tankları elə indiki layihə istehsalı sayında qalacaq.

Khlopotov bildirib ki, tank döyüş qabiliyyəti sahəsində irəli çıxmaq üçün indi Rusiyaya 152 mm-lik qüllə toplarını işləyib hazırlamaq lazım gələcək.

Ötən həftə bu da xəbər verilmişdi ki, Almaniyada Rusiyanın T-72 tanklarını vurub dağıtmağa qabil yeni toplar hazırlanır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG