Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:02

Putin yenə də silahlardan danışır


Rusiya prezidenti Vladimir Putin mayın 15-də Soçi şəhərində müdafiə rəsmiləri ilə görüşündə artıq indidən istismara hazır olan yeni silahlar barədə danışıb.

O deyib ki, bu silahlar Rusiyanın hərbi qabiliyyətini əhəmiyyətli şəkildə artırmaqla yanaşı, həm də “onilliklər ərzində pozulmuş strateji balansı” təmin edəcək.

Qərblə Rusiya arasında münasibətlər Soyuq müharibədən sonra son dərəcə pisləşib, lakin Putin bildirib ki, o yeni silahlanma yarışı istəmir. Rusiya prezidenti eyni zamanda xəbərdarlıq edib ki, onun ölkəsi “məhv edilməsi qeyri-mümkün” və xarici rəqiblərdə “tayı-bərabəri olmayan” silahların yeni nəslinin istehsalına başlayıb.

Yars RS-24 qitələrarası ballistik raketi hərbi keçiddə
Yars RS-24 qitələrarası ballistik raketi hərbi keçiddə

Putin bəyan edib ki, Rusiyanın 14 raket alayı köhnə Topol raketlərinin əvəz edilməsi üçün yeni Yars qitələrarası raket komplekslərini artıq bu il qəbul edəcək. O deyib ki, bundan başqa Rusiya hərbi aviasiyasının ixtiyarına uzaqmənzilli raketlərlə silahlanmış və modernləşdirilmiş bombardmançı təyyarələr veriləcək.

Rusiya prezidenti bildirib ki, “ölkənin müdafiə və təhlükəsizliyi üçün strateji nüvə qüvvələri həlledici əhəmiyyət daşıyır”.

Prezidentin sözlərinə görə bu il orduya zirehli maşınların yeni nəsli, habelə Armata döyüş tankları veriləcək. Putin bunu da əlavə edib ki, döyüş gəmiləri Kalibr qitələrarası raketləri ilə silahlandırılacaq. Bu raketlər Suriya müharibəsində sınaqdan çıxarılıb.

T-14 Armata tankları
T-14 Armata tankları

Putin bəyan edib ki, yaxın gələcəkdə S-500 yer-göy antiballistik sistemlərinin istifadəyə verilməsimümkündür. Onun sözlərinə görə yeni antiraket sisteminin istehsalına hazırlıq başa çatıb.

O bildirib ki, S-500 raket sistemi özünün dəqiqliyi, qüdrəti və ən böyük yüksəklikdəki hədəfləri vura bilməsi ilə fərqlənir.

Bu da xəbər verilir ki, Rusiyanın yeni Borey-tipli nüvə sualtı gəmiləri qitələrarası ballistik raketlərlə silahlandırılacaq.

Zəif iqtisadiyyatına və hökumət gəlirlərinin azalmasına baxmayaraq Kreml Qərblə münasibətlərdə hərbi modernləşdirməni prioritet məqsəd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG