Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:04

Arif Hacılı: '9 may bizim hakimiyyətimiz dövründə də bayram idi' 


Arxiv foto
Arxiv foto

“Mənə elə gəlir ki, İlham Əliyevin son dövrlərdə Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətini tez-tez xatırlatması bizim, 1992-93-cü illərdəki fəaliyyətimizlə yox, bu günkü fəaliyyətimizlə bağlıdır”.

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Azadlıq Radiosuna prezident İlham Əliyevin oktyabrın 11-də Aşqabadda Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ilə bağlı dediklərinə münasibət bildirərkən söyləyib.

Arif Hacılı 1992-1993-cü illrdə Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində çalışıb.

“...İlham Əliyev sadəcə yalan danışır. 9 may bizim hakimiyyət dövrümüzdə də bayram günü idi. İkinci dünya müharibəsində faşizm üzərində qələbə qazanılmasında Azərbaycanın, Bakı neftinin mühüm rolu olub. Bu müharibədə 400 min civarında azərbaycanlı həlak olub. Odur ki, bu qələbədə Azərbaycanın mühüm rolunu nəzərə alaraq bayram kimi qeyd olunması təbiidir”, A.Hacili belə bildirib.

Arif Hacılı, arxiv foto
Arif Hacılı, arxiv foto

O, əlavə edib ki, 1992-93-cü illərədə mövcud olmuş hakimiyyət qisasçı, siyasi konyukturaya əsasən fəaliyyət göstərən qüvvə olmayıb. Onun fikrincə, əksinə, indiki, mövcud hakimiyyət siyasi konyukturaya uyğun fəaliyyət göstərir:

“Bütün dünya 18 oktyabrı Azərbaycan müstəqilliyinin bərpa olunması günü kimi tanıyır. Azərbaycan xalqını təbrik edirlər. Bu Azərbaycanın böyük istiqlal bayramıdır. Bu bayram bizim adımızla bağlı olduğuna, milli müstəqillik Elçibəyin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı və xalqın iradəsi ilə bərpa olunduğuna görə, məhz İ.Əliyevin hakimiyyəti dövründə 18 oktyabr günü bayram günü kimi qeyd olunmaqda qalsa da, iş günü kimi elan olunub”.

Xatırlatma

Ilham Əliyev, Aşqabad, 11 oktyabr 2019
Ilham Əliyev, Aşqabad, 11 oktyabr 2019

Prezident İlham Əliyev MDB dövlət başçılarının Aşqabad görüşündə çıxış edib. O, çıxışında bir sıra məsələlərlə yanaşı ötən əsrin 90-cı illərində 11 ay Azərbaycanda hakimiyyətdə olan Xalq Cəbhəsindən də bəhs edib.

“Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir”, deyə İ.Əliyev vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG