Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:27

2017-ci ilin fevralında Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilənə qədər nazir müavini, ondan əvvəl isə (2004-2015) «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri olmuş Arif Əsgərovun baldızı oğlu Emil Hüseynova 9 il həbs cəzası istənilib. Fevralın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

E.Hüseynov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur. İddia olunur ki, E.Hüseynov dəmir yolunda istifadəsi nəzərdə tutulan izolyasiya və digər materialları Gürcüstandan gətirib «Azərbaycan Dəmir Yolları» QSC-yə satmaq adı ilə adamları aldadaraq, onların ümumilikdə bir neçə milyonunu mənimsəyib.

Arif Əsgərovun oğlu da bu işdə suçlanır

Bu cinayət işində sabiq nazir müavininin öz oğlu Elnar Əsgərovun da adı hallanır. Zərərçəkmişlərin bir neçəsi pullarının alınıb qaytarılmamasına görə onu günahlandırır. Pulu birbaşa ona verdiyini deyənlər də var. Bu səbəbdən E.Əsgərovu bir neçə dəfə istintaqda dindiriblər, həmçinin məhkəmədə də ifadə verib.

E.Əsgərov məhkəmədə dindiriləndə onunla həm zərərçəkmişlər, həm də xalası oğlu arasında gərginlik yaşanıb. Sabiq nazir müavininin oğlu zərərçəkmişlərin yalan danışdığını, kimsədən pul almadığını, bütün günahın xalası oğlunda olduğunu deyib. E.Hüseynov isə əksinə, onu günahlandırıb. Bildirib ki, zərərçəkmişlərdən aldığı pulların bir çoxunu keçmiş nazir müavininin oğluna verib.

İttihama görə, təqsirləndirilən E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 min 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb.

E.Hüseynov 2016-cı ilin dekabrında İnterpol xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib. Daha sonra o, ev dustaqlığına buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG