Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:22

2016-da Aralıq dənizində 5 min miqrant boğulub


Foto: arxiv

2016-cı ildə Avropaya gedib çıxmaq istəyən 5 min miqrant Aralıq dənizində boğulub.

BMT-nin məlumatına görə, 2016-cı ildə hər gün ortalama 14 nəfər Avropaya getmək istəyən adam dənizdə boğulub ölüb. Əvvəlki illərlə müqayisədə bu, ən böyük rəqəmdir.

Bu il Avropaya gedib çatanlarla əvvəlki illər arasında isə azalma var.

Sonuncu belə hadisə dekabın 23-də İtaliya sahillərində olub. Qayığın batması nəticəsində azı 100 nəfər boğulub. 359 min nəfər isə dəniz yoluyla Avropaya gedib çıxa bilib.

XS
SM
MD
LG