Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:22

'Aqrolizinq' sədrinin atasının evini soyanlara cəza istənib


Bakı Ağır Cinayətlər Məhkəməsi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında «Aqrolizinq» ASC-nin rəhbəri Seymur Mövlayevgilin evindən oğurluqda suçlanan şəxslərə 25 il 6 ay həbs cəzası istənilib. Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokurorun təklifi belə olub.

Bu işdə hakim önünə dörd nəfər çıxarılıb. Prokuror təqsirləndirilən şəxslərdən Vurğun İbrahimova 9, Emin Şirinova 8 il 6 ay, Vurğun HəsənovYunis İsmayılovun hər birinə 4 il həbs cəzası verilməsini istəyib. Onlar Mövlayevlərin evindən 51 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlamaqda ittiham olunurlar.

Bu şəxslər paytaxtın Nəsimi rayonunda yerləşən bir neçə başqa evdən də oğurluqda günahlandırılırlar. Onlara oğurluqla yanaşı, soyğunçuluq ittihamı da verilib.

«Aqrolizinq» rəhbərinin atası Aydın Mövlayev zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərdən V.Həsənov və Y.İsmayılov özlərini tam, V.İbrahimovla E.Şirinovsa qismən təqsirli bilir. Təqsirləndirilən şəxslər törətmədikləri bəzi cinayətlərin də onların üzərinə qoyulduğunu, oğurladıqları pulun məbləğinin, qızılların dəyərinin də şişirdildiyini iddia edirlər. Məsələn, deyirlər ki, Mövlayevlərin mənzilindən cəmi 4 min manatlıq qızıl oğurlanıb, istintaq orqanı isə məbləği şişirdib 51 min göstərib.

«O evdən pul aparılmayıb. Qızıllar da təxminən 4 min manata satılıb», – təqsirləndirilən V.İbrahimov bildirib.

Təqsirləndirilənlər deyir ki, zərərçəkmiş heç A.Mövlayev də deyil, onun oğludur, sadəcə, «Aqrolizinq» rəhbərinin adı hallanmasın deyə, atası zərərçəkmiş kimi tanınıb, oğurluğun onun evində baş verdiyi iddia olunur.

Ancaq A.Mövlayev deyir ki, ev oğlunun yox, elə özünündür. A.Mövlayev məhkəmədə ona dəymiş ziyanın ödənilməsini tələb edirdi.

Seymur Mövlayev bu il mayın əvvəlində yeni nazir İnam Kərimovun əmriylə «Aqrolizinq» ASC-yə sədr təyin edilib.

Multimedia

XS
SM
MD
LG