Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:50

"Həyatımızı cəhənnəmə döndəriblər"


İllüstrasiya
İllüstrasiya

►“Qardaşımı da, məni də hədələyirlər. Dəfələrlə şəxsi avtomobilimi əlimdən alıb cərimə meydançasına qoyublar."

“Mənə satdıqları traktor xarab çıxdı. Üstünə nə qədər xərc qoydum, düzəlmədi ki, düzəlmədi. Neçə ildir yalvarıram, geri də götürmürlər, deyirlər, “mal, yaxşı-pis, bizdən çıxıncadır, pulunu qəpiyinəcən ödəməlisən””.

Bunu “Qaynar xətt”ə Naxçıvan MR, Şahbuz rayon sakini Ruslan Quliyev danışır. O, 3 il əvvəl “Naxçıvan Aqrolizinq” ASC-dən lizinq yolu ilə 10 illiyə traktor götürüb.

İllik ödəniş 2 min 500 manat olmaqla indiyədək 5 min manat ödəniş edib. Ancaq min əziyyətlə aldığı avadanlığın xeyrini görə bilməyib. Səbəbindən özü danışır:

TAXIL DA ZAY OLUB, TEXNİKA DA NASAZ

“Texnikanı alanda xarab idi. Dedilər, “indi biçin vaxtıdır, baş qarışıqdır, götür apar, qışda gətirərsən, düzəldib verərik”. Qış gəldi, apardım, yalandan o tərəf – bu tərəfinə əl gəzdirdilər, verdilər özümə. Gətirdim, əkin-biçin vaxtı yenə işləmədi. Bir neçə dəfə apardım, gətirdim, baxdım ki, bu, düzələn məsələyə oxşamır”.

Ruslan Quliyev taxıl yığımı zamanı “Naxçıvan Aqrolizinq”ə müraciət edib ki, texnika ayrılsın, 40 hektar sahənin taxılını toplasın. ASC-nin göndərdiyi kombayn da xarab çıxıb - taxılın 70 faizini yerə dağıdaraq zay edib. Kəndli deyir, əgər taxıl zay olmasaydı, heç olmasa, ondan gələn gəlirlə xarab traktorun borcunu ödəyib canını ASC-dən qurtarardı:

“Taxılımı zay ediblər, məni məhsulsuz, pulsuz-parasız qoyublar, bu azmış kimi, hələ üstəlik aldadıb satdıqları xarab texnikanın pulunu da məndən tələb edirlər. “Naxçıvan Aqrolizinq” ASC-nin rəhbərliyinə də müraciət etmişəm. Dedim, “gəlin, mənə satdığınız xarab traktoru geri götürün, lazım deyil, ödədiyim məbləği də sizə bağışlayıram, təki məndən əl çəkin”. Dedilər, elə şey yoxdur, ödəyəcəksən. Yoxsa səni də, qardaşını da həbs edərik””.

Buna da bax: Siyəzəndə aksiyadır

“ARANIZDAKI MƏSƏLƏNİ YOLUNA QOY”

ASC ilə bağlanmış müqaviləyə görə, aldığı texnikanı geri qaytarmaq hüququ var. Buna baxmayaraq, hər dəfə bu hüququnu gündəmə gətirəndə, deməsinə görə, qardaşını saxlayaraq polisə aparırlar:

“Bir sözlə, “Naxçıvan Aqrolizinq” həyatımızı cəhənnəmə döndərib. Qardaşımı da, məni də hədələyirlər. Dəfələrlə şəxsi avtomobilimi əlimdən alıb cərimə meydançasına qoyublar. Açıq-aşkar deyirlər ki, ““Naxçıvan Aqrolizinq”in rəhbərliyinin göstərişidir. Aranızdakı məsələni yoluna qoy”. Bu yollarla bizə təsir göstərirlər ki, şikayətlərimizdən əl çəkək, bizə satdıqları xarab texnikanın pulunu bahasına və qəpiyinəcən onlara ödəyək. Özümü də bir dəfə şərləyib həbs etmək istəyiblər. Ancaq baş tutmayıb”.

Buna da bax: "Bizi çək, İlham Əliyevə göstər!" Lənkəran aksiyasından VİDEO

DEYİBLƏR, MƏSƏLƏ HƏLLİNİ TAPACAQ...

“Naxçıvan Aqroliznq”dən “Qaynar xətt”ə məsələyə aydınlıq gətirən olmayıb.

Ruslan Quliyev deyir, 2 gün əvvəl Şahbuz DTX-dan zəng vuraraq qardaşını oraya dəvət ediblər. Məlum olub ki, Quliyevlər ailəsinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazdığı məktubla əlaqəli çağrılıb. Qardaşına bildiriblər ki, “Naxçıvan Aqrolizinq”ə getsin, məsələ həllini tapacaq.

Quliyev qardaşları da ümidlənərək yanvarın 10-da “Naxçıvan Aqrolizinq”ə üz tutublar. Buradasa köhnə hamam, köhnə tas… Onlara sadəcə xatırlanıb ki, alınan texnikanın illik 2 min 500 manat ödənişini iyun ayınadək ödəməlidirlər. Texnikanın nasazlığına ASC cavabdehlik daşımır.

XS
SM
MD
LG