Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

Köçkün ailə yanmış evdə yaşamağa məcburdu


İllüstrasiya
İllüstrasiya

►“İki ay əvvəl evimiz yanıb külə döndü. Bakıda qohum olmadığından getməyə yerimiz də olmadı. Arabir qonşularda, arabir də küçədə gecələdik.

Uşaqlar xəstələndiyi üçün məcbur qalıb elə külü çıxmış evə girdik”.

Bunu Sabunçu rayonu, Ramana qəsəbəsi, Emin Bağırov küçəsi, 9-cu mədəndə yaşayan Məhinə Paşayeva deyir. Zəngilan rayonunun Sarıl kəndindən məcburi köçkün olan ailə hazırda elə küllənmiş divarlarından vahimə yağan evdə yaşamağa davam edir. Məhinə xanım əvvəl başlarına gələn olaydan danışır:

“YANĞINSÖNDÜRƏNLƏR GEC GƏLDİ”

“Evimiz noyabrın 15-də yanıb. Hər şey gözlə qaş arasında baş verdi. Uşaqları məktəbdən götürməyə getmişdim, qayıdanda gördüm ev yanır. Yanğınsöndürənlər gec gəldi, ev külə döndü. Mənə bircə o deyilib ki, yanğına səbəb naqillərdəki qısaqapanma olub”.

Deyir, bəxtləri onda gətirib ki, yanğın zamanı evdə olmayıblar. Çünki yanğın evin giriş qapısından başlayıb. Körpə uşaqları evdən necə çıxacaqdı… Ancaq bir tərəfdən də bəxtləri onda gətirməyib ki, evdən çıxanda sənəd və olan-qalan pul evdə qalıb.

"Evə girmək istəsəm də, mümkün olmadı. Çünki qapının girişi yanırdı, yuxarıdan parça-parça alovlu taxtalar tökülürdü. Hər şeyimiz içəridə qaldı. Bir az pul yığmışdıq, bir də sənədlərimiz…”

Buna da bax: "Twitter"in səhmləri dəyərdən düşdü

MƏKTƏB LƏVAZİMATLARI YOXDUR

Ailə öz rifahını yenicə qaydasına salırmış. Torpaq alıb, ev tikib, təmir edib, içərisinə mebel də alıb yığıblar. Hər şeyi təzələyən ailənin təzə sevincinin üstündən qara xətt çəkilib. Bir və ikinci siniflərdə oxuyan övladlarının məktəb kitabları da yanıb. Ana deyir, kitab almağa da imkanları yoxdur.

Bu günlərdə havaların soyuduğunu görən ailə məcbur qalıb yanan evə sığınıb. Ana deyir, ev istənilən anda uça bilər, ekoloji baxımdan isə burada yaşamaq azyaşlıların səhhətinə zərər vurur.

Məhinə Paşayeva evinin bərpa və təmiri üçün Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsə də, faydası olmayıb.

Buna da bax: Üçüncü Naxçıvan bayrağı da tapıldı

ÖTÜR-ÖTÜR…

Sabunçu rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Məhinə Paşayevanın evinin təmir və bərpası üçün qurumun Ramana qəsəbə nümayəndəliyi Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə müraciət edib. Ancaq Komitədən səs çıxmayıb.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Komitədən isə bildirilib ki, yanan ev fərdi yaşayış sahəsi olduğu üçün təmiri, bərpası Komitənin vəzifəsinə aid deyil.

XS
SM
MD
LG